Fakültəmizdə I kurs tələbələri ilə görüş keçirildi
Bakı Dövlət Universitetinin Kimya fakültəsində birinci kursa qəbul olunmuş tələbələr ilə görüş keçirilib. Tədbir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Fakültənin dekanı Fuad Kərimli tələbə adını qazanmış gəncləri təbrik edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu, Ulu öndər Heydər Əliyevin dövlətciliyimizin qorunmasıdakı misilsiz fəaliyyəti, Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş təhsil strategiyası haqqında ətraflı məlumat verərək qeyd etdi ki, BDU-da keyfiyyətli təhsil üçün müasir infrastruktur mövcuddur və tədris prosesində müasir kommunikasiya texnologiyalarının verdiyi imkanlardan geniş istifadə olunur. Görüşdə tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətindən, tələbəlik həyatının maraqlı məqamlarından söz açılıb. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər gördüyü vurğulanıb. Tədbirdə tələbələri maraqlandıran sualları cavablandırılıb