“Nə? Harada? Nə zaman?” intelektual yarış keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya və Beynəlxalq Münasibətlər və İqdisadiyyat fakültələrinin Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intelektual yarış keçirilmişdir. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümumilli Lider-Heydər Əliyevin və Qəhrəman Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlamışdır. Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov açılış nitqi ilə çıxış edərək Ümumilli Liderin Azərbaycan Gəncliyinə verdiyi önəmi vurğulamış və Gənclərin hərtərəfli inkişafı üçün apardığı uzaqgörən siyasətdən bəhs etmişdir. Kimya fakültəsinin I kurs tələbəsi Elmir Məmmədov iştirak edən tələbələri intellektual yarışın qaydaları ilə tanış etmiş və hər bir komandaya uğurlar arzu etmişdir. İntellektual oyun 3 turdan ibarət olmaqla ümumilikdə 30 sualdan ibarət olaraq təşkil edilmişdir. İntellektual yarışın qalibləri Kimya fakültəsinin tələbələrindən ibarət “Chemclub” və “Trinitrotoluol” komandaları, Beynəlxalq Münasibətlər və İqtisasiyyat fakültəsinin tələbələrindən ibarət “Pentaqon” və “Parabrain” komandaları olmuşdur.