"Nə? Harada? Nə Zaman?" intellektual yarışı
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən..." adlı "Nə? Harada? Nə Zaman?" intellektual yarışı üzrə Universitet kuboku keçirilib.
Yarış Dövlət himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər, təhsil və elm siyasətinin əsasının Ümummilli lider tərəfindən qoyulduğunu vurğulayıb. Qeyd edib ki, bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri təhsil və elm sahəsində ildən-ilə daha yüksək nəticələr əldə edirlər.
Yarışın layihə rəhbəri, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli yarışda iştirak edən komandaları elan edib və onlara uğurlar arzulayıb.
Yarışda BDU-nun fakültələrindən 17 komanda qələbə uğrunda mübarizə aparıb.
İntellektual oyun 3 tur üzrə 36 sualdan ibarət olub. Yarışda I yeri Jurnalistika fakültəsindən "İsa Taralov”, II yeri Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsindən "Winx club", II yeri isə Kimya fakültəsindən "Morning Star" komandaları qazanıb.
Yarışın sonunda qalib komandalar kubok və medallarla təltif olunub.