Kafedrada növbəti elmi seminar
25 may 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Neft kimyası və kimya texnologiyası kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə "Azərbaycanin ənənəvi və alternativ enerji mənbələri" mövzusunda elmi seminar keçirtmişdir. Həmin kafedrada 1-ci kursdan elmi tədqiqatla məşğul olan 4-cü kurs tələbəsi Mahmud Musazadə ölkəmizin ənənəvi və alternativ enerji mənbələrinin potensialı haqqında tələbələri maarifləndirmiş, eyni zamanda Azərbaycanın alternativ enerji sahəsində apardığı siyasətdən və bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. Daha sonra neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov mövzu barədə əlavələrini qeyd etmiş,tələbələrlə qarşılıqlı müzakirə apardıqdan sonra seminar sualların cavablandırılması ilə sonlandırılmışdır.