Ümummilli Liderimiz - Heydər Əliyev
11.12.2021-ci tarixində Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş "Ümummilli Liderimiz - Heydər Əliyev" adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilmiş və Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarx nümayiş olunmuşdur.
Kimya fakültəsinin dekan vəzifəsini icra edən Fuad Kərimli həyatını xalqımızın gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına, inkişafına həsr etmiş Ümummilli Liderin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışmışdır.
Tədbirdə Yüksəkmolekullu Birləşmələr Kimyası kafedrasının müdiri professor Rasim Alosmanov Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə I Qarabağ müharibəsində qazandığı zəfərləri və atdığı siyasi addımlardan bəhs etmişdir. Neft Kimyası və Kimya Texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə neft-kimya sənayesinin inkişafına verdiyi önəmi vurğulamış və imzalanan "Əsrin müqaviləsi” haqda ətraflı məlumat vermişdir. Tələbələrdən Məhərrəmova Arzu, Mustafayev Eltac Ulu Öndərin keşməkeşli həyat yolu gənclərə verdiyi önəmdən və apardığı Gənclər Siyasətindən danışmışdır.