"XARIBÜLBÜL" RƏSM SƏRGİSİ
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 8 noyabr Zəfər Gününə həsr olunmuş "Xarıbülbül" adlı rəsm sərgisi keçirilir. Sərgidə Kimya fakültəsinin tələbələrinin Şuşa və Qarabağla bağlı rəsmləri nümayış olunur. Sərginin keçirilməsində əsas məqsəd tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi zəfəri əsərlərdə nümayiş etdirmək, xüsusi istedada malik olan tələbələri üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir. İşğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərini tərənnüm etmək, gənclərin bədii-estetik zövqünü formalaşdırmaq da əsas hədəflərimizdəndir.