ETL haqqında

"Metalkompleks katalizatorları" elmi-tədqiqat laboratoriyası 1989-cu ildə təşkil edilmişdir.Laboratoriyanın fəaliyyəti sənaye əhəmiyyətli keçid metalların nanohissəciklərilə modifikasiya olunmuş regioselektiv katalizatorların hazırlanması və polimer materiallardan sorbentlərin sintezi elmi əsaslarının inkişafı istiqamətində aparılır.
Laboratoriyada fundamental və praktiki əhəmiyyətli işlər aparılır. Laboratoriyanın əsas istiqaməti neft emalı, neft kimyası və üzvi sintez prosessləri üçün keçid və nadir torpaq metalların nanohissəciklərilə modifikasiya olunmuş Y- və ZSM-5 tipli seolitlər əsasında katalizatorların hazırlanmasıdır. Çoxfunksiyalı katalizatorlardan istifadə əməliyyatlı, resurs və enerjiyə qənaət edən texnologiyaların yaradılmasının effektiv yollarından biridir. Laboratoriya düz distillə olunmuş benzin fraksiyalarının izomerləşməsi, aromatik karbohidrogenlərin izomerləşməsi və disproporsionlaşması və qaz kondensatının keyfiyyətinin yüksəldilməsi prosesləri üçün yeni bi- və polimetalik seolit katalizatorları hazırlayıb və təklif etmişdir. 
Laboratoriya işçilərinin əldə etdikləri elmi nəticələr respublika və beynəlxalq səviyyəli konfranslarda təqdim olunub və “Science sitation” siyahısına aid jurnallarda (Appl. catal., J. Catal., Нефтехимия, Современные молекулярные сита, Химия и технология топлив и масел, Soft Materials, Journal of Environmental Analytical Chemistry, Chalcogenide Letters) dərc olunub. 
Laboratoriyanın fəaliyyət göstərdiyi illərdə 17 patent alınmış və 260-dan çox elmi məqalə, 4 monoqrafiya və 4 dərslik çap edilmişdir.
2000-2020-ci illər ərzində "Metalkompleks katalizatorları" elmi-tədqiqat laboratoriyasında aparılan tədqiqatlar nəticəsində 7 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilmişdir.
1. 2018-2019-cu illərdə. laboratoriya əməkdaşı İ.A.Buniyat-zadə “İnterkalyasiya olunmuş laylı quruluşlu birləşmələr və polimerlər əsasında hazırlanmış yeni hibrid nanokompozitlərin sorbsiya və katalitik xassələrinin tədqiqi” respublika qrantının işində iştirak etmişdir. Maliyyə dəstəyi: Azərbaycan Milli Elmlər Akademiyası.
2. 2018-ci ildən bu günə qədər laboratoriya işçisi İ.A.Bunuat-zadə "Qatlararası qatlı birləşmələr və polimerlər əsasında hibrid nanokompozitlərin sorbsiyası və katalitik xüsusiyyətləri" respublika qrant işində iştirak edir EIF-1-2016-1 (26). Maliyyə dəstəyi: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.
3. 2020-2022-dən laboratoriya işçisi I.R. Həsənova "Yeni peptid əsaslı antimikrobial agentlərin dizaynı və in-vivo in-vitro öyrənilməsi " beynəlxalq layihəsinin işində iştirak edir; Maliyyə dəstəyi: Türkiyə Elmi və Texniki Araşdırma Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK)
4. 2020-2021-ci ildən laboratoriya işçisi I.R. Həsənova "Hesablanan axın dinamikası ilə eksperimental kimya arasında əlaqənin optimal qum bərkidilməsi texnologiyasının müəyyən olunmasında tətbiqi " respublika layihəsinin işində iştirak edir; Maliyyə dəstəyi: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)
Son illərdə (2015-2020) laboratoriya heyətinin əldə edilmiş elmi nəticələri əsasında nəşr olunub: patent - 4 (2- Azərbaycan Respublikasının patentləri, 2- Avrasiya patentləri); respublikada dərc olunan məqalələr - 38; respublikada dərc olunmuş tezislər - 94; xaricdə dərc olunmuş məqalələr - 77 (IF ilə: A-5, B-14, C-7); xaricdə dərc olunmuş tezislər - 78.
Hal-hazırda laboratoriya, qeyri neft xammal metanol və etanolun motor yanacaqlarının yüksək oktanlı komponentlərinə çevrilməsi üçün müxtəlif struktur tipli seolitlərə əsaslanan hibrid katalitik sistemlərin inkişafında tədqiqatlar aparır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət