Fakültədə təhsil forması əyanidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2014/2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə «Kimya» və «Kimya müəllimliyi» ixtisasları üzrə «Sabah qrupu» yaradılmışdır.
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı aparılır:
- 050508-«Kimya»,
- 050618-«Kimya mühəndisliyi»,
- 050109-«Kimya müəllimliyi»
Kimya ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi tədqiqat institutlarında işləyə bilər.
Kimya mühəndisi ixtisasında neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Kimya müəllimliyi ixtisasını bitirən tələbələr kimya müəllimi ixtisasına yiyələnir. Onlar respublikamızın orta ümumtəhsil məktəblərində, liseylərində kimya müəllimi kimi kimya fənnini yüksək səviyyədə tədris edə bilərlər.