Tələbə klubu

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tələbələrinin dil bacarıqlarının inkişafı üçün İngilis dili klubu - CEC (Chemists’ English Club) yaradılmışdır. 06.10.2023 tarixində keçirilən tədbirdə klub tələbələrə tanıdıldı.
Klubun əsas məqsədləri bunlardır:
•Tələbələrin gələcək həmkarları ilə dil bacarıqlarını əyləncəli şəkildə inkişaf etdirməsi
•Tələbələrə ingilis dilində düşünmə qabiliyyətini aşılamaq
•Tələbələrin sosiallaşması
•Danışıq məşğələləri vasitəsi ilə  tələbələrin ingilis dilində ünsiyyət vərdişlərinin təkminləşdirilməsi
CEC də təlimlər müxtəlif oyun və yarışlardan ibarət olacaqdır. Eyni zamanda tələbələr arasında müxtəlif mövzular seçilərək conversationlar keçiriləcəkdir.Təlimlərdə Kimya ilə bağlı İngilis dilində hazırlanmış müasir məqalələrin müzəkirə olunmasıda nəzərdə tutulmuşdur.
 
Kluba qoşulmaq üçün qeydiyyat linki.
Bakı Dövlət Universiteti Kimya fakültəsi nəzdində fəaliyyət göstərən "ChemXplorers" Elm Klubu 05.03.2024-cü il tarixində Günay Kazımova və Nailə Tağıyeva tərəfindən açılmışdır. Klubun əsas məqsədi tələbələrin elm sahəsinə, xüsusilə kimyaya olan marağını artırmaq, bu sahədə olan yeniliklərlə onları tanış etmək, təşkil olunan təlimlər sayəsində gənclərin kimya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, habelə onlar üçün faydalı ola biləcək təcrübə və könüllü fəaliyyətlərlə yaxından tanışlıqlarını təmin etməkdir.
Klubda yalnız təlimlərin deyil, bununla yanaşı intelektual yarışmaların və oyunların təşkilini də nəzərdə tutulur.
 
Kluba qoşulmaq üçün qeydiyyat linki.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2025
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət