Kimya fakültəsi yarandığı vaxtdan dünyanın qabaqcıl elm mərkəzləri ilə elmi əlaqələr qurmuş və bu əlaqələr M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, N.D.Zelinski adına Üzvi Kimya İnstitutu, Kazan Dövlət Universiteti, Rusiya Fizioloji Aktiv Birləşmələr İnstitutu, A.T.Arbuzov adına Üzvi və Fiziki Kimya İnstitutu (Kazan), Şərqi Sibir EA-nın Favorski adına Üzvi Kimya İnstitutu (İrkutsk), ABŞ-ın Minnesota Universiteti, Fransanın Claude Bernard Lyon 1 və Lorrein Universitetləri, Fransanın İnstitute Lumiere Matiere elmi araşdırmalar mərkəzi, Türkiyənin Yıldız Teknik, Ostim Teknik və Sivas Cümhüriyyət Universitetləri, Amerikanın Northeast Ohio Medical University, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatlar İnstitutu və İtaliyanın Pavia Universiteti və s. ilə uğurla davam etdirilir. Fakültənin alimlərinin ABŞ, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Fransa, İsveç, Portuqaliya, İran və s. ölkələrin aparıcı elm mərkəzlərində çalışan alimlərlə sıx elmi əlaqələri vardır. Almaniyanın «Bruker» firması ilə elmi-texniki əməkdaşlıq nəticəsində 2002-ci ildən fakültədə Nüvə Maqnit Rezonansı laboratoriyası yaradılmışdır. Fakültə Almaniyanın «Bruker» firmasının istehsalı olan BRUKER-300 NMR spektrometr, Smart Apexs II-rentgenstruktur difraktometr, Esgüise 6000-kütlə-spektometr və Agilent 1200-maye xromatoqraf kimi müasir cihazlarla təchiz edilmişdir. Sonrakı illərdə bu əməkdaşlığın davamı olaraq fakültədə Rentgen (X-Ray), Xromato-kütlə laboratoriyaları təşkil edilmişdir. |
2007-ci ildə Fransanın Montpellier Universiteti ilə BDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi Fransanın Elm və Təhsil Nazirliyində təsdiq edilmişdir. Müqavilə əsasında fakültənin alim və aspirantlarının qarşılıqlı səfərləri təşkil edilir. Kimya fakültəsi və Praqanın Karlov Universitetinin Təbiət elmləri fakültəsi arasında qarşılıqlı əməkdaşlıq sahəsində imzalanmış anlaşma memorandumuna əsaslanaraq 2019 -2020-ci tədris ilində may ayında Kimya fakültəsinin bakalavr və magistrantlarından ibarət 10 nəfərlik tələbə qrupu Praqanın Karlov Universitetində təcrübə mübadiləsi keçmişdir.
Fakültənin beynəlxalq əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi üçün strateji plan hazırlanmışdır.
- Türkiyə, Rusiya Federasiyası, ABŞ, Fransa, Almaniya , Yaponiya, Ukrayna, Moldova və s. ölkələrin müvafiq elm mərkəzləri, universitetləri ilə təhsilin məzmunu, innovativ metodların öyrənilməsi baxımından əməkdaşlığın qurulması;
- doktorantlara ikili rəhbərliyin say və keyfiyyət etibarilə artırılması;
- Fakültədə nəşr olunan jurnalların Redaksiya Şuralarında xarici ölkə mütəxəssislərinin təmsil olunması;
- Beynəlxalq Elmi Konfranslarda əməkdaşların iştirakını təmin etmək.