Tələbə Elmi Cəmiyyəti

BDU-nun Kimya fakültəsində hazırda 1000-dən yuxarı bakalavr, 150 nəfərə yaxın magistrant təhsil alır, 27 doktorant və 22 dissertant, 11 nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. 5 nəfər xarici ölkə vətəndaşı fəlsəfə doktoru ixtisası üzrə öz təhsillərini davam etdirir.  

Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.

Fakültə TEC-in fəaliyyətinə aşağıdakılar daxildir:
• Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər 
• Intellektual oyunların təşkili 
• Fakültədaxili olimpiada yarışlarının keçirilməsi 
• Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi 
• Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini
Fakültə TEC-in işi güc­ləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi kon­franslarda məruzələri dinlənilir. Ali məktəb­lər­arası fənn olimpiadalarına hazırlıq məqsədilə məş­ğələlər təşkil olunur.

Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi-tədqiqat işi aparmaq üçün uyğun kafedralara yönləndirilirlər. Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvi var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.
TEC mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.
TEC dekanlığa yaxından köməklik göstərir. Ümumi respublika olimpiadasına hazırlıq məqsədi ilə fakültə dekanlığı tərəfindən məşğələlər təşkil olunmuşdur. Tələbə Elmi Cəmiyyəti də tələbə qurumu olaraq tələbələrin bu məşğələlərdə fəal iştirakını  təmin edir.

Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:

Sədr: Fərid Abbasov
Sədr müavini: Şəlalə İsmayılova
Sədr müavini: Aytac Vəliyeva

Fakültə Tələbə Elmi Cəmiyyətinin idarə heyəti:

1. Ceyhun Salahlı
2. Dəniz Seyidəliyeva
3. Eltac Mustafayev
4. Əli Ağayev
5. Günay Kazımova
6. Hicran Məmmədova
7. Lalə Məmmədzadə
8. Nigar Abbasova
9. Ruzi Bayramov
10. Səkinə Kazımova
11. Fərid İsmayılov
12. Jalə Elyasova
13. Günel Rüstəmova
14. Türkan Mahmudova
15. Zülfüqar Muxtarlı
16. Zərifə Teymurova

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət