Tələbə Həmkarlar İttifaqı Komitəsi

Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkib hissəsi kimi   bakalavr, magistr və doktorant kollektivini özündə birləşdirən, dövlət qeydiyatından keçmiş  ictimai tələbə təşkilatıdır. Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi öz təşkilati fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdur: fikirlərin ümumiliyi və hüquqların bərabərliyi; təşkilatın hər bir üzvünün fikrinə hörmət; ilk təşkilatların özünüidarəetmədə müstəqilliyi və s. Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi fakültənin  idarə olunmasında yaxından iştirak edir. Təşkilatın sədri  Fakültə Elmi Şurasının  üzvüdür.

Tələbə Həmkarlar İttifaqı Komitəsinə  qəbul olmaq çox sadədir. Təşkilatın əsasnaməsini qəbul edən BDU-nun hər bir tələbəsi BDU ATHİK-nin üzvü ola bilər. Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir:

-təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək;

-təşkilatın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək;

-təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək

Təşkilatın üzvləri əsəsnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə, onlar idarə heyəti və ya yerli təşkilatlar tərəfindın təşkilata üzvlükdən azad oluna bilərlər.

Bakı Dövlət Universiteti Kimya Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə aşağıdakılar aiddir:

  1. Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması.
  2. Tələbələr arasında maarifləndirmə işinin aparılması
  3. Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi
  4. Tələbələrin hüquqlarının təmin edilməsi
  5. Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, disskusiya klublarının, müzakirələrin, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
  6. Tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, klubların, kursların təşkil edilməsi;
  7. Tələbə Həmkarlar İttifaqı Komitəsi imtahan sessiyalarının gedişində yaxından iştirak edir.

Komitənin fəaliyyəti 5 əsas prinsip üzərində qurulmuşdur:

  1. Tələbələrin elmə və biliyə olan marağının artırılması

Bu istiqamətdə vaxtaşırı THİK-in təşkilatçılığı ilə elmi, elmi-praktik konfranslar keçirilir, elmi müddəalara əsaslanan və elmi nəticələri ilə seçilən məqalə sahibləri diplomlarla mükafatlandırılırlar.

  1. Ruhən sağlam gəncin formalaşması

“Sağlam bədəndə sağlam ruh” prinsipini əsas tutaraq müxtəlif idman növlərində - futbol, basketbol, voleybol, şahmat, dama və s. yarışlar keçirilir. Həmçinin tələbələrin bilik səviyyəsinin inkişaf etdirilməsi üçün İntellektual oyunlar da təşkil edilir. Belə tədbirlər həm sağlam gənclərin yetişdirilməsində, həm də onların zərərli vərdişlərdən uzaq olmasında köməklik göstərməklə yanaşı, çox ciddi problem olan məşğulluq məsələsində də önəmli bir addımdır.

  1. Tələbələrə sosial dəstək

Məlumdur ki, Bakı Dövlət Universitetində təhsil alan tələbələr arasında aztəminatlı, qaçqın və şəhid ailələrindən olan gənclər böyük pay təşkil edir. Onlara maddi dəstək vermək üçün Komitə müəyyən işlər yerinə yetirir. Məsələn, yataqxana probleminə görə tələbəyə kirayə pulu, universitet yeməkxanasında pulsuz nahar yeməkləri üçün talon verilir. Bununla belə, maddi çətinliyə düşən və THİK-ə müraciət edən tələbələrə də fərdi qaydada köməklik göstərilir.

  1. Vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərin milli dəyərlərimizə hörmətlə yanaşması uğrunda görülən işlər

Bu istiqamətdə görülən işlərə Novruz şənlikləri, "Zəfər günü" ilə bağlı fləşmob, erməni vandalizminin bütün dünyaya çatdırılması üçün çəkilən kino və videoçarxlar, yay düşərgələrinin təşkili, tələbələrin asudə vaxtında muzeylərə ziyarətin təşkil olunmasını və s. misal göstərmək olar.

  1. Ünsiyyətli gəncin yetişdirilməsi

Ölkənin gələcəyi olan gənclərin dövlətimizi layiqincə təmsil etmələri üçün rahat ünsiyyət yaratmaları, fikirlərini sərbəst ifadə etmələri şərtdir. Bu baxımdan THİK tərəfindən müxtəlif mövzularda keçirilən debat və disputlar böyük önəm daşıyır.

Kimya fakütləsi qurulandan bu vaxta qədər Tələbə Həmkarlar İttifaqı Komitəsi yuxarıda qeyd edilən funksiyaları daima yerinə yetirmişdir və yetirməyə davam edir.

Kimya Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri:

Məmmədov Nihad Məmmədhaşum oğlu

Sədrin müavinləri:

  1. Əzizli Sevinc Ataş qızı
  2. Mustafayeva Sima Zaur qızı
  3. Babazadə Nəsib Elşən oğlu
  4. Bayramova İlkanə Məqami qızı
  5. İsaqov Umid Saqil oğlu
  6. Zeynalova Aydan Hüseynağa qızı
  7. Aslanov Abbas Zaur oğlu
  8. Hüseynov Fərid Qasım oğlu
  9. Yusifova Əfsanə Xəzər qızı
  10. Gözəlov Asim Anar oğlu 
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət