ETL haqqında

“Sənaye kimyası” ETL 2020-ci ilin fevral ayında BDU-nun rektorunun müvafiq sərəncamına uyğun yaradılmışdır. Laboratoriyada elm və texnologiyanın müxtəlif sahələrində böyük potensiala malik yeni materialların yaradılmasına güclü təkan verə biləcək, həmçinin biotəbabətdə tətbiq olunan iki perspektivli və sürətlə inkişaf edən bilik sahələrinin, yəni supramolekulyar kimya və nanotexnologiyaların birləşdirilməsinə yönəlmiş intensiv tədqiqatlar aparılır.

Laboratoriyanın başlıca məqsədi elmi bilik və bacarıqların yaşıl kimyanın tələblərinə uyğun olaraq yeni materialların sintezi, dizaynı və ixtirasına istiqamətləndirmək üçün fundamental elm sahələrini sənaye yönümlü tədqiqatlarla əlaqələndirmək:

Elm və təhsilin müasir müstəvidə əlaqəndirilməsi
Tədqiqatçılar və tələbələr arasında əlaqələrin möhkəmləndirilməsi
Tədqiqatların keyfiyyət və aktuallığının artırılması
Aparılan elmi tədqiqatlar üçün təqaüd və qrantların əldə edilməsi
Təcrübə və elmi mübadilə proqramlarının yaradılması və təşkili
Elmi müzakirə və seminarların təşkili
Xarici və yerli elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi
Sənaye yönümlü araşdırmalara xarici və yerli investorların cəlb edilməsi
Elmi istiqamətlər:

Yeni makroheterotsiklik birləşmələrin sintezi və onların əsasında nano ölçülü metal ve metal oksidlərlə supramolekulyar ansambllarının dizaynı və onların bioloji aktivliyinin (antibakterial, antifunqal, xərçəng əleyhinə və s.) tədqiqi
Supramolekulyar kimya və nanotexnologiyanın qanunauyğunluqları əsasında yeni materialların alınması və onların ətraf mühitin çirklənməsi məsələlərinin həllində tətbiq sahələrin tədqiqi
Laylı nanoquruluşların əsasında sementi gücləndirən əlavələrin sintezi və tətbiqi
Neft-qaz texnologiyalarında tətbiqi məqsədi ilə süxur nümunələrinin strukturunun XRD/XRF metodları ilə mineraloji tədqiqi
Yeni konsolidəedici kompozitlərin sintezi və onların neft-qaz yatağlarında qumun bərkidilməsində tətbiqi
Xəzər hövzəsindəki yeraltı yataqlarda olan suların duzluluğunun variasiyasının öyrənilməsi
Elmi tədqiqatlar professor Ulviyyə Həsənovanın rəhbərliyi altında aparılır.

Laboratoriya aşağıda göstərilən yerli və xarici elmi müəssisələrlə sıx əməkdaşlıq edir:

Yerli müəssələr: AMEA-nın Radiasiya Problemləri İnstitutu, Azərbaycan Tibb Universiteti, AMEA-nın Fizika İnstitutu və Azərbaycan Dövlət Neft və Sanayə Universiteti.

Xarici müəssələr: Fransanın Claude Bernard Lyon 1 və Lorrein Universitetləri, Fransanın İnstitute Lumiere Matiere elmi araşdırmalar mərkəzi, Türkiyənin Yıldız Teknik, Ostim Teknik və Sivas Cümhüriyyət Universitetləri, Amerikanın Northeast Ohio Medical University, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatlar İnstitutu və İtaliyanın Pavia Universiteti.

Hal hazırda laboratoriya əməkdaşları aşağıda göstərilən qrantlarda iştirak edirlər:

EIFBQM-5-AzTurk-1-2018-2(32)) «Yeni peptid əsaslı antimikrobial agentlərin dizaynı və in vitro/in vivo öyrənilməsi» 
Qum konsolidasiyası üçün yeni kimyəvi materialın hazırlanması
Şah-Dəniz yataqlarında duzluluq variasiyasının öyrənilməsi

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət