QEYRİ-ÜZVİ MATERİALŞÜNASLIQ ETL

QEYRİ-ÜZVİ MATERİALŞÜNASLIQ ETL

QEYRİ-ÜZVİ MATERİALŞÜNASLIQ ETL

1988-ci ildə yaradılmışdır

Qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat laboratoriyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1/5 10.03.88 saylı əmri ilə 1988-ci ildə təsis edilmişdir. Bu müddətdə laboratoriya müdirləri 1988-1992-ci illərdə kimya elmləri doktoru, prof. T.M.İlyaslı, 1992-1995-ci illərdə k.e.n., dos. A.V.Eynullayev, 1995-2019-cu illərdə k.e.n., dos. M.R.Allazov olmuşlar.

Laboratoriyanın əməkdaşları:
1. Sadıqov Fuad Mikayıl оğlu - k.e.d., prof., a.e.i.
2. İsmayılov Zakir İslam оğlu - t.e.n., dos., a.e.i.
3. Şıxəlibəyli Şahlar Şövkət оğlu - k.e.n., b.e.i.
4. Mustafayeva Kəmalə Zirəddin qızı - k.e.i.
5. Mirzəyeva Rahilə Cümşüd qızı - k.ü.f.d., e.i.
6. Sultanova Səminə Qeys qızı - e.i.
7. Həsənova  Zivər Tofiq qızı - e.i.
8. Qurbanova Təranə Rəcəb qızı - e.i.
9. Şükürova Güntəkin Mirələm qızı - k.ü.f.d., b.e.i.
10. Rəhimova Aysel Ruflan qızı - k.ü.f.d., e.i.
11. Sultanova Aytən Nizami qızı - k.e.i.
12. Hacıyev Sərdar Məhəmməd oğlu - k.e.d., prof., a.e.i.
13. Məmmədova Səadət Osman qızı - e.i.
14. Abbaszadə Günel Sərdər - böyük laborant
15. Fətullazadə Rəhman Həsənağa oğlu - böyük laborant
16. Quliyeva Təranə Allahverdi qızı - böyük laborant
17.Əhmədov Əhməd İsmayıl оğlu-k.e.n.,a.e.i
18. Əliyeva Kəmalə İsmayıl qızı- k.ü.f.d.,k.e.i
19. Əliyev Kazım Əziz oğlu –k.e.n.,e.i
20. Əlizadə Bahar Fridun qızı-lab.
21. Səfərli Kəmalə Rizvan qızı-lab.


Laboratoriyada fotohəssas, termoelektrik və maqnit xassəli yarımkeçirici materialların alınmasının elmi əsaslarının yaradılması sahəsində fundamerntal tədqiqat işləri aparılır. Yarımkeçiricilər kimyası və qeyri-üzvi materialşünaslıq ixtisasları üzrə gənc kadrlar hazırlanır.
Laboratoriyanın əməkdaşları əsasən p-, d-, f- elementlərin, xalkogenidlərin, xalkohalogenidlərin iştirakı ilə yeni fərdi fazalar, bərk məhlullar əmələ gətirən mürəkəb yarımkeçirici sistemlərin öyrənilməsi və alınmış yeni fazaların maqnit, optiki, elektro-fiziki və s.xassələrinin tədqiqi və həmçinin, yerli xammalın təkrar emalı, sənaye tullan-tılarının utilləşdirilməsi işləri ilə məşğul olurlar.
Laboratoriya yarandığı gündən onun əməkdaşları tərəfindən 200-dən artıq sistem tədqiq edilmiş, faza diaqramları qurulmuşdur. Keçid elementlərin iştirakı ilə 40-dən artıq üçlü sistemin likvidus səthinin proyeksiyası qurulmuşdur. Bu tədqiqatların nəticələri öz əksini xarici və respublika jurnallarında dərc olunmuş 2500-dən artıq elmi məqalə, respublika və beynəlxalq əhəmiyyətli konfransların materiallarında işıq üzü görmüş 1500 tezisdə tapmışdır. 40 patent və təqdim olunmuş ixtiralara müsbət rəy alınmışdır. Laboratoriyanın rəhbərliyi ilə “Fiziki-kimyəvi analiz və qeyri-üzvi materialşünaslıq” mövzusu üzrə 12 elmi konfrans keçirilmişdir.
Laboratoriya Kimya Problemləri İnstitutu, AMEA-nın Fizika İnstitutu, Azərbay-can Texniki Universiteti və Fransanın II Montpelye Universiteti ilə sıx əməkdaşlıq edir. Laboratoriyanın əməkdaşları 2 beynəlxalq qrantda iştirak edir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2025
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət