QISA BİOQRAFİK MƏLUMAT
1950-ci ildə Qazax şəhərində anadan olub. 1966-cı ildə Qazax şəhəri 1 nömrəli orta məktəbi bitirib
TƏHSİLİ, ELMİ DƏRƏCƏLƏRİ VƏ ELMİ ADLARI
1971 Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsini bitirib
1975 Kimya elmləri namizədi (Moskva). Dissertasiya işinin mövzusu: “NaA və NaX seolitlərində sorbsiya komplekslərinin spektral və energetik xarakteristikaları”
1990 Kimya elmləri doktoru (Moskva). Dissertasiya işinin mövzusu “Təbii seolitlərin dehidratlaşma və rehidratlaşma proseslərinin fiziki-kimyəvi qanunauyğunluqları”
1992 Professor
ƏMƏK FƏALİYYƏTİ
1974-1976 Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutu (indiki AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu), mühəndis
1976-1979 Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutu, kiçik elmi işçi
1979-1986 Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutu, baş elmi işçi
1986-1991 Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutu, laboratoriya müdiri
1991-1996 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Analitik kimya” kafedrası, professor
1996-1999 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Fiziki və kolloid kimya” kafedrası, professor
1999- 2016 Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), “Fiziki və analitik kimya” kafedrasının müdiri
2016 –2017 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Fiziki və kolloid kimya” kafedrası, professor
2017–2019 Bakı Dövlət Universiteti EH-nin səmərələşdirmə və patent-lisenziya işləri üzrə idarə aparatının rəhbəri, daxili əvəzçiliklə “Fiziki və kolloid kimya” kafedrasında professor
2019-cu ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Fiziki və kolloid kimya” kafedrası, professor
hal-hazıradək
MÜKAFATLAR
2010 “TƏRƏQQİ” medalı
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
ELMİ TƏDQİQAT SAHƏSİ
- Səth hadisələrinin fiziki-kimyası. Seolitlər iştirakında sorbsiya və kataliz prosesləri
- Maddələrin və proseslərin müasir fiziki tədqiqat metodlarla tədqiqi
360 elmi əsərin, 5 ixtiranın, 4 dərs vəsaitinin , 1 monoqrafiyanın , bir sira metodiki vəsaitlərin müəllifidir. Elmi rəhbərliyi və məsləhətçiliyi ilə 19 kimya üzrə fəlsəfə doktoru və 2 kimya üzrə elmlər doktoru hazırlanmışdır. Müdafiəyə təqdim olunmuş 2 fəlsəfə doktorluğu dissertasiya işinin elmi rəhbəridir.
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2011 IV Всероссийская научно-практическая конференция «Научное творчество XXI века» с международным участием, Москва
2012 Международная научно-практическая конференция, «Актуальные проблемы биологической и химической экологии», Москва
2014 International Conference on Green Chemistry and Sustainable Engineering Barcelona-Spain
2015 International Conference Inovative Technologies in Metallurgy and Materials, Tbilisi
2019 “XI international conference on Chemistry for young Scientists”, Санкт-Петербург
2020 İnternational conference on actual problems of chemical engineering, dedicate to the 100th anniversary of the Azerbaijan State oil and İndustry University, Baku
ÖLKƏDAXİLİ LAYİHƏLƏR
2018 Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsində qalib gəlmiş “Karbon dioksidin formiat turşusuna hidrogenləşdirilməsi katalizatorlarının işlənilməsinin fiziki-kimyəvi əsasları” layihəsinin həmsədri