QISA BİOQRAFİK MƏLUMAT
25 yanvar 1981-ci ildə Naxçıvan MR Şahbuz rayonunun Şahbuz qəsəbəsində (indiki Şahbuz şəhəri) anadan olub. 1998-ci ildə Şahbuz qəsəbə orta məktəbini bitirib
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2002 Bakı Dövlət Universitetinin Kimya fakültəsinı Kimyaçı ixtisası üzrə bakalavriat səviyyəsini bitirib
2004 Bakı Dövlət Universitetinin Kimya fakültəsini Üzvi kimya ixtisası üzrə magistratura səviyyəsini bitirib
2009 "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi. Dissertasiya işinin mövzusu: "Bəzi metilenaktiv birləşmələrin çevrilmələri"
2016 Dosent
2021 "Üzvi kimya" ixtisası üzrə kimya elmləri doktoru. Dissertasiya işinin mövzusu: "Polyarlaşmış ikiqat rabitə saxlayan substratlar və metilenaktiv reagentlər əsasında bioloji-aktiv maddələrin sintezi, quruluş-xassə parametrlərinin təyinində yeni yanaşmalar"
ƏMƏK FƏALİYYƏTİ
2002-2008 Bakı Dövlət Universitetinin Kimya fakültəsi, Üzvi kimya kafedrası nəzdində "Zərif üzvi sintez" ETL-da baş laborant
2008-2011 Bakı Dövlət Universitetinin Kimya fakültəsi, Üzvi kimya kafedrası nəzdində "Zərif üzvi sintez" ETL-da elmi işçi
2011-2015 Bakı Dövlət Universitetinin Kimya fakültəsi, Üzvi kimya kafedrası nəzdində "Zərif üzvi sintez" ETL-da böyük elmi işçi
2015-2023 Bakı Dövlət Universitetinin Kimya fakültəsi, Üzvi kimya kafedrası nəzdində "Zərif üzvi sintez" ETL-da aparıcı elmi işçi
2022-ci ildən Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Elmi işlər üzrə dekan müavini
hal-hazıradək
2023-cü ildən Bakı Dövlət Universitetinin Kimya fakültəsi, Üzvi kimya kafedrası, dosent
hal-hazıradək
MÜKAFATLAR
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
ELMİ TƏDQİQAT SAHƏSİ
Üzvi kimya, Üzvi sintez, NMR spektroskopiyası
“Polyarlaşmış ikiqat rabitəli birləşmələr əsasında müxtəlif funksionaləvəzli birləşmələrin sintezi və quruluşlarının tədqiqi”
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 100-dən çox elmi əsərin və 1 patentin müəllifidir. 25-dən çox Beynəlxalq elmi konfranslarda məruzələrinin tezisləri çap olunub. 2019-cu ildən ED 2.16 Dissertasiya Şurasının 2306.01 - Üzvi kimya ixtisası üzrə üzvü və elmi katibidir.
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2024 Proceedings of VII International Scientific and Practical Conference, Vancouver
2023 VI İnternational (XVI Ukrainian) scientific conference for students and young scientists, Vinnytsia
2017 Всероссийская конференция молодых ученых, посвященная празднованию 100-летия образования Республики Башкортостан. Химия и Технология Гетероциклических Соединениий, УФА
2017 Advances in synthesis and complexing. The Fourth İnternational Scientific Conference-Moscow
2016 International Conference on Organic Chemistry, Las Vegas
2014 8th Eurasian meeting on Heterocyclic Chemistry, Tbilisi
2014 Dedicated to the 91st Anniversary of the National leader of Azerbaijan, Heydar Aliyev. II International Scientific Conference of Young Researchers, Baku