Kimya fakültəsinin əməkdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə geniş şəkildə elmi əməkdaşlıq edir. “Neft kimyası və kimya texnologiyası” kafedrasının 2013-cü ildə institutda baza filialı təsis edilmişdir. Kafedranın əməkdaşları aparılan elmi əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihələrində birgə iştirak edirlər. Fakültəmizin bakalavriatura və magistratura səviyyələrində təhsil alan tələbələrimiz Aşqarlar Kimyası İnstitutunun müvafiq şöbə və elmi tədqiqat laboratoriyalarında istehsalat təcrübəsi keçirlər. Buraxılış və magistr dissertasiya işlərinin yerinə yetirilməsində institutun maddi-texnniki bazasından istifadə edir, təcrübə mübadiləsi aparırlar.