QISA BİOQRAFİK MƏLUMAT
1993-cü il sentyabr ayının 7-də Bakı şəhərində anadan olub. 2010-cu ildə 56 saylı orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2014 Bakı Dövlət Universiteti, Kimya fakültəsi, bakalavr
2016 Bakı Dövlət Universiteti, Kimya fakültəsi, magistratura
ƏMƏK FƏALİYYƏTİ
2016-cı ildən Bakı Dövlət Universiteti, Kimya fakültəsi, “Analitik kimya” kafedrası, böyük laborant
hal-hazıradək
ELMİ TƏDQİQAT SAHƏSİ
Sintetik sorbentlərlə gümüş(I) ionlarının sorbsiya-desorbsiya tarazlığının öyrənilməsi. Gümüşün bəzi sintetik sorbentlərlə qatılaşdırma metodlarının işlənilməsi