Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu

Kimya fakültəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu ilə sıx əməkdaşlıq edir. Fakültənin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının əməkdaşları İnstitutunun Nano və elektrokataliz şöbəsinin «Nanokompozit katalizatorlar» laboratoriyası ilə elmi əməkdaşlıq edir. Aparılan elmi əməkdaşlığın nəticəsi olaraq fakültənin aparıcı mütəxəssisləri Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA-nın maliyyələşdirdiyi qrant müsabiqələrində birgə iştirak edirlər. Bu əməkdaşlıq sayəsində fakültədə təhsil alan tələbələr istehsalat təcrübələrində iştirak edirlər. Yüksək ixtisaslı kimyaçı kadrların hazırlanmasında və məzunlarımızın gələcək iş təminatında qeyd edilənlər çox əhəmiyyətlidir. Əməkdaşlığın nəticəsi olaraq akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı alimləri fakültənin müvafiq kafedralarında dərs aparır, buraxılış və magistr dissertasiyalarına rəhbərlik edir, həmçinin fakültənin professor-müəllim heyəti bu institutun strukturlarında stajkeçmədə iştirak edir. İnstitutun doktorant və dissertantlarının Kimya fakültəsinin nəzdində fəaliyyət göstərən ixtisaslaşmış Dissertasiya Şurasında müdafiələri təşkil edilir. Fakültəmizin aparıcı mütəxəssisləri İnstitutda fəaliyyət göstərən ixtisaslaşmış Dissertasiya Şurasının üzvləridir, dissertasiyalara opponentlik edirlər.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət