Azərbaycan Dövlət Neft Şirkəti Kimya fakültəsində yüksək ixtisaslı kadr hazırlığı üçün əsas tədqiqat bazalarından biridir. Fakültənin “kimya” və “kimya mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələri Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodunun müvafiq şöbə və elmi tədqiqat laboratoriyalarında istehsalat təcrübəsində iştirak edirlər. Məzunlarımız hal-hazırda Azərbaycan Dövlət Neft Şirkətinin zavodlarında fəaliyyət göstərən elmi- tədqiqat laboratoriyalarında və şöbələrdə müxtəlif vəzifələrdə çalışırlar. |