Nada Edres Mohammed Abdalanın kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək
22 Sentyabr 2025-ci il saat 11:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən BED 2.16 Dissertasiya Şurasında Bakı Dövlət Universitetinin “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının doktorantı Nada Edres Mohammed Abdalanın “ZnS Nanohissəciklərinin immobilizasiyası üçün butadien kauçuku əsasında yeni kompozitlərin hazırlanması və tədqiqi" ("Preparation and investigation of new composites based on butadiene rubber for immobilization of ZnS nanoparticles") mövzusunda 2317.01 - "Nanokimya və nanomateriallar" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir. Müdafiənin keçirildiyi yer BDU-nun 2 saylı binası, 2 mərtəbə, 219 nömrəli otaqdır.