Şuranın fəaliyyəti

Şura BDU-da aparılan elmi-tədqiqatların əsas istiqamətləri üzrə tədqiqat fəaliyyətini uğurla həyata keçirən ən fəal bakalavr, magistrant, doktorantların, eləcə də gənc fəlsəfə və elmlər doktorlarının könüllü birliyidir, daimi fəaliyyət göstərən məsləhətçi, analitik və əlaqələndirici orqandır. 

Şuranın əsas məqsədləri:

  • aktual elmi problemlərin işlənib hazırlanmasında və prioritet elmi problemlərin həllində iştirak;
  • gənc alimlərin peşəkar inkişafının təşviqi;
  • gənc alimlərin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi;
  • gənc alimlərin elmi-tədqiqatlarına informasiya dəstəyi;
  • elmin ən son nailiyyətlərinin populyarlaşdırılması.

Şuranın əsas fəaliyyət istiqamətləri:

Elmi fəaliyyət

Gənc alimlər üçün elmi-metodiki tədbirlərin təşkili, elmi-tədqiqat və tədris layihələrində iştirak, BDU-nun tələbə və əməkdaşlarının fəal elmi fəaliyyət göstərməsi, müsabiqələrdə, konfranslarda, dəyirmi masalarda, forumlarda, eləcə də digər tədbirlərdə iştirakına həvəsləndirmə sisteminin formalaşdırılması.

Beynəlxalq fəaliyyət

Gənc alimlərin beynəlxalq fəaliyyət sahəsində səriştələrinin inkişaf etdirilməsi, beynəlxalq proqram və layihələrdə iştirakının təşviqi.

Media strategiyası

  • BDU-nun Gənc Alimlər Şurasının brendinin yaradılması, müsbət imicinin saxlanması və populyarlaşdırılması;
  • BDU-nun gənc alimlərinin fəaliyyətinin sosial mediada fəal işıqlandırılması. 

Elmi fəaliyyətin kommersiyalaşdırılması

BDU-da sahibkarlıq fəaliyyətinin inkişaf strategiyasının müəyyən edilməsində gənc alimlərin iştirakının təmin edilməsi.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət