“Zərif üzvi sintez” ETL-sı yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması işinin yaxşılaşdırılması və üzvi kimya sahəsində aparılan elmi-tədqiqat işlərinin mütəşəkkilliyinin təmin olunması məqsədilə 15 may 2000-ci ildə Bakı Dövlət Universitetinin P-49 nömrəli əmri ilə akademik A.M.Məhərrəmovun rəhbərliyi altında Təhsil Nazirliyinin müvafiq sərəncamına uyğun yaradılmışdır. Laboratoriya kimya fakültəsinin “Üzvi kimya” kafedrasının nəzdində fəaliyyət göstərir. Laboratoriyaya AMEA-nın akademiki A.M.Məhərrəmov rəhbərlik edir.
Laboratoriyada aparılan elmi-tədqiqaqtlar üzvi kimyanın müxtəlif aktual problemlərini əhatə edir. Əsas istiqamət faydalı xassə göstərən yeni birləşmələrin (bioloji və sənaye əhəmiyyətli) sintezi və məlum faydalı birləşmələrin daha səmərəli alınma üsulunun tədqiqidir.
“Zərif üzvi sintez” ETL faktiki olaraq bir mərkəz kimi fəaliyyət göstərir və özündə 6 laboratoriyanı birləşdirir. ETL-nın maddi texniki bazasına, həmçinin, müxtəlif reagentlər, həlledicilər, üzvi kimyəvi birləşmələr, onların metal kompleksləri, sərfiyyat materialları, elmi-texniki avadanlıq və cihazlar daxildir. ETL-nin bazası mütəmadi olaraq müxtəlif mənbələr hesabına (Universitet büdcəsinin, Respublika və Xarici qrantların dəstəyilə) ən müasir cihaz və avadanlıqlarla yenilənir. Son illər əldə edilən cihazlar. ETL-də aparılan elmi-tədqiqat işlərində “Üzvi kimya” kafedrasının və digər qurumların müasir texniki imkanlarından istifadə edilir.
Bundan başqa, “Zərif üzvi sintez” ETL-nın elmi əlaqələrindən faydalanaraq aşağıdakı elm-təhsil ocaqlarının müvafiq qurumlarının bazasından istifadə edilir və orda calışan alimlərlə birgə elmi-tədqiqat işləri aparılır. Onlardan bəziləri aşağıda göstərilmişdir:
Moskva Dövlət Universiteti, Rusiya
Rusiya Xalqlar Dostluğu Universiteti, Rusiya
Sankt - Peterburq Universiteti, Rusiya
Kazan Mill Texnoloji Tədqiqat Universiteti, Rusiya
Moskva Zərif Kimya Texnologiyası Universiteti, Rusiya
Orta Şərq Texniki Universiteti, Türkiyə
Üzvi Kimya İnstitutu , Ukrayna
Xarkov “Monokristal” Elm-İstehsalat Kompleksi, Ukrayna
Azad İslam Universiteti, İran
Zəncan Universiteti, İran-silinsin
A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr İnstitutu, Rusiya
Lissabon Texniki Universiteti, Portuqaliya
Kordoba Universiteti, İspaniya
Mançester Metropoliten Universiteti, Böyük Britaniya
Malaya Universiteti, Malaziya
Sohag Universiteti, Misir
Oldenburq Universiteti, Almaniya
Azərbaycan Tibb Universiteti, Azərbaycan
2018-2022-cü illərdə isə laboratoriyanın əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişafı fondunun qrant müsabiqəsinin (mövzu: "2-Əvəzli triazollar – yeni bioloji aktiv molekullar və lüminessent materiallar" (EİF-BGM-4-RFTF-1/2017)) qalibi olmuşlar.
ETL-də aparılan tədqiqat işləri ilə əlaqədar 5 nəfər elmlər doktoru, 9 nəfər isə fəlsəfə doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişlər.
Laboratoriya yarandığı gündən 850-dən çox elmi əsər dərc edilmiş, 30-dan çox patent alınmışdır.
“Zərif üzvi sintez” ETL-da bir neçə istiqamətlərdə elmi tədqiqatlar aparılır. Bu istiqamətlər haqqında aşağıda geniş məlumat verilmişdir. Laboratoriyada yerinə yetirilən elmi-tədqiqat işlərində «Üzvi kimya» kafedrasının doktorantları, aspirantları, magistrantları, fakültədə təhsil alan tələbələr, xüsusən də buraxılış işləri üzərində çalışan tələbələr yaxından iştirak edirlər.