İBRAHİM QƏRİB OĞLU MƏMMƏDOV

İBRAHİM QƏRİB OĞLU MƏMMƏDOV

İBRAHİM QƏRİB OĞLU MƏMMƏDOV

Kafedra müdiri, professor

Email: [email protected]

QISA BİBLİOQRAFİK MƏLUMAT

16 oktyabr 1970-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1988-ci ildə Baş Göynük kənd orta məktəbini bitirib

TƏHSİLİ, ELMİ DƏRƏCƏLƏRİ VƏ ADLARI

1997 Bakı Dövlət Universitetinin Kimya fakültəsini kimyaçı-müəllim ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib

2004 Kimya elmləri namizədi. Dissertasiya işinin mövzusu: „Sulfat an­hid­ridi ilə ak­tiv­­­ləşdirilmiş elektrofil reagentlərin bəzi olefinlərə birləşmə re­ak­si­ya­ları“

2008 Dosent

2012 Kimya elmləri doktoru. Dissertasiya işinin mövzusu: Alkenilfenollar əsasında funk­si­onal­əvəz­li birləş­mə­­lərin sintezi və onlarda müx­­təlif dinamik effektlərin NMR metodu ilə təd­qiqi

2015 Professor

ƏMƏK FƏALİYYƏTİ

1997-2008 Bakı Dövlət Universiteti Kimya fakültəsi, Alkenilfenollar kimyası ETL-da kiçik elmi işçi

2008-2015 Bakı Dövlət Universiteti Kimya fakültəsi, Neft kimyası və kimya texnologiyası kafedrası, dosent

2015-ci ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, Neft kimyası və kimya texnologiyası kafedrası, professor

hal-hazıradək

2019-cu ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri

hal-ha­zı­ra­dək

MÜKAFATLARI

2008 BDU-nun 90 illiyi ilə əlaqədar “Yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" rektorun Fəxri fərmanı

2013 BDU-nun 95 illiyi ilə əlaqədar “Yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" Təhsil Nazirinin Fəxri fərmanı

2019 "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı

ELMİ TƏDQİQAT SAHƏSİ

  1. Yeni katalitik sistemlər iş­ti­rakında yanacaq və ya­na­caq kom­po­nent­lə­ri­nin alın­ması
  2. Neft fenolları əsasında bioloji aktiv maddələrin alınması və xassələrinin yoxlanılması

Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 380-dən çox elmi işin, 3 dərs vəsaiti, 2 dərslik, ingilis dilində nəşr olunmuş 1 monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə keçirilmiş 20-dən çox nüfuzlu Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. 1 elmlər doktoru yetişdirmişdir. Hazırda 2 fəlsəfə doktoru dissertasiya işinin rəhbəridir.

BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI

2007 Ümumi və tətbiqi kimya üzrə, XVIII Mendeleyev qurultayı, Moskva

2007 Maqnit rezonansının aktual problemləri, XI Beynəlxalq konfrans, Kazan

2008 IX Beynəlxalq spektroskopiya, tomoqramma, ekologiya konfransı, Rostov

2008 5-ci qış NMR gənclər konfransı, Sankt-Peterburq

2009 Maqnit rezonansının aktual problemləri, XII Beynəlxalq konfrans, Kazan

2014 Doymamış birləşmələrin müasir nailiyyətləri, Ümumrusiya konfransı, Sankt-Peterburq

2016 Sintez və kompleksəmələgəlmənin nailiyyətləri, Ümumrusiya Konfransı, Moskva

2018 Kimya, kimya texnologiyası, ekologiya, Beynəlxaq elmi-praktiki konfrans, Mahaçkala

2020 Kimyanın müasir problemləri, Beynəlxaq elmi-praktiki konfrans, Çeboksar

2021 Elm, Texnologiya, İstehsal. Ümumrusiya elmi-texniki konfransı, Ufa

ÖLKƏDAXİLİ LAYİHƏLƏR

2010-2011 Funksionaləvəzli alkenilfenol törəmələrinin məhlul sistemlərində baş verən dinamik proseslərin NMR metodu ilə tədqiqi, Donor təşkilat: Təhsil Nazirliyi və Bakı Dövlət Universiteti, Layihə rəhbəri

2011-2013 Polifunksional polimerlәrin sintezi vә onların Kür çayının ağır metal, radionuklid çirklәndiricilәrinin region ekosisteminә tәsirinin qiymәtlәndirilmәsindә tәtbiqi (№ EİF-2011-1(3)-82/68/4-M-40), Donor təşkilat: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnşikafı Fondu, Layihə iştirakçısı

2022-2024 Çoxəvəzli heterosiklik quruluşların qurulmasında üzvi katalitik üsullar (AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən elan edilmiş 3-cü qrant layihəsi), Donor təşkilat: AMEA-TUBİTAK, Layihə rəhbəri

BEYNƏLXALQ TƏLİMLƏRDƏ VƏ AKADEMİK MOBİLLİKDƏ İŞTİRAKI 

2019 Kimya mühəndisliyi ixtisası üzrə “Özünütəhlil hesabatı” beynəlxalq Tvinninq layihəsinin iştirakçısı

2021 Magistratura pilləsində “Neft kimyası” ixtisasının beynəlxalq İQAA agentliyi tərəfindən akkreditasiyasının həyata keçirilməsi üçün yaradılmış komissiyanın üzvü

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət