ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU ƏZİZOV

ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU ƏZİZOV

ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU ƏZİZOV

Professor

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1951-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. 1968-ci ildə Vəndam kənd orta məktəbi bitirib

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1973 Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirib

1980 Kimya elmləri namizədi. Dissertasiya işinin mövzusu: "Poliviniltrimetilsilanın xlorlaşmasının kinetik qanunauyğunluqları"

1988 Dosent

2004 Kimya elmləri doktoru. Dissertasiya işinin mövzusu: "Bir sıra poliolefin və polidienlərin xlorlaşma, fosfoxlorlaşma və xlorkarboksilləşmə reaksiyalarının qanunauyğunluqları"

2004 Professor

ƏMƏK FƏALİYYƏTİ

1973-1978 Qəbələ rayonu, Nohurqışlaq kənd orta məktəbində kimya müəllimi 

1978-1982 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrası, baş laborant

1982-1984 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrası, Tədris laboratoriyasının müdiri

1984-1986 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrası, müəllim

1986-1988 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrası, baş müəllim

1988-2004 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrası, dosent

2004-cü ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Yüksəkmolekullu birləşmələr kimyası“ kafedrası, professor

hal-hazıradək

2006-2021 Bakı Dövlət Universiteti Kimya fakültəsinin dekanı

MÜKAFATLAR

2009 “Tərəqqi” medalı

2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı

2019 “Əməkdar elm xadimi” fəxri adı

2021 70 illiyi və elmdə və təhsildə səmərəli fəaliyyətinə görə BDU Rektorunun və Təhsil Nazirinin fəxri fərmanları

ELMİ TƏDQİQAT SAHƏSİ

  1. Polimerlərin fosfoxlorlaşması və oksifosfoxlorlaşması, çoxfunksiyalı polimerlərlə ağır metal ionlarının və zəhərli üzvi birləşmələrin sorbsiyası.
  2. Metal sulfidlərə əsaslanan nanokompozitlərin sintezi, laylı ikiqat hidroksidlər: onların modifikasiyası, polimer nanokompozitləri və tətbiqləri.

200 dən çox elmi əsərin, 2 monoqrafiyanın, 3 kitabın, 2 metodik vəsaitin, 6 patentin (1 ABŞ patenti) müəllifidir. Rəhbərliyi altında 1 doktorluq, 3 namizədlik işi müdafiə edilmişdir. 4 fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəridir.

BEYNƏLXALQ KONFRANSLARDASİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI   

2008 Nüvə Texnologiyaları və Tətbiqləri üzrə Beşinci Avrasiya Konfransı, Ankara

2010 Koordinasiya Kimyası üzrə XXIV Beynəlxalq Çuqayev Konfransı, Moskva

2010 Beşinci Ümumrusiya Kargin Konfransı. "Polimerlər-2010", Moskva

2010 "Müasir cihazlar və texnologiyanın aktual problemləri" Konfransı, Rusiya Federasiyası, Lipetsk

2010 IV Beynəlxalq konfrans "Üzvi birləşmələrin ekstraksiyası" EOS-2010, Voronej

2011 Beynəlxalq Üzvi Kimya Konqresi, Kazan

2012 Polimer Elm və Texnologiyası üzrə Milli Konqres, Çanaqqala

2018 "Ətraf mühit və ekoloji kimya-2017" 6-cı Beynəlxalq Konfransı, Tbilisi

2019 Nəzəri və təcrübi kimyanın problemləri. XXIX beynəlxalq  konfrans, Ural Federal Universiteti

BEYNƏLXALQ  LAYİHƏLƏR

2010-2013 «Synthesis of Polyfunctional Polymeric Adsorbents with Nano-size Pores for different Waste Waters Purification from Heavy Metals, Oil and Oil Products» (№ KACST AZ/02) Donor: King Abdulaziz City for Science and Technology (Saudi Arabia) Layihə rəhbəri

2005-2007 «Diffusion and ion-exchange processes in chalcogenide semiconductor nanoparticles, formed in volume of polymer matrix» (№Grant 3486 STCU) Donor: Science and Technology Center in Ukraine. İcraçı

ÖLKƏDAXİLİ  LAYİHƏLƏR

2004-2005 «AzərNeftQaz" təmizləyici qurğuların tullantı sularının üzvi maddələrdən, xüsusən fenol birləşmələrindən dərin kimyəvi təmizlənməsi»  Donor: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "SOCAR". Layihə rəhbəri

2011-2013 «Çoxfunksiyalı polimerlərin sintezi və onların Kür çayının ağır metalların, radionuklid çirkləndiricilərinin bölgənin ekosisteminə təsirinin qiymət­lən­dirilməsində tətbiqi » (№EİF-2011-1 (3) -82 / 68/4-M-40). Donor: Azər­baycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. Layihə rəhbəri

2016-2017 «İnterkalyasiya olunmuş laylı birləşmələr və polimerlər əsasında yeni hibrid nano-kompozitlərin sorbsiya və katalitik xassələri» (№ EIF-1-2016-1 (26) Donor: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. Layihə rəhbəri

2018-2019 «Laylı birləşmələr və polimerlər əsasında sintez olunmuş nanokompozitlərin katalitik və sorbsiya xüsusiyyətlərinin tədqiqi» (http://etbi.science.gov.az/az/announce/1225Donor: Azərbaycan Milli Elmlər Akademiyası. İcraçı

BEYNƏLXALQ TƏLİMLƏRDƏ VƏ AKADEMİK MOBİLLİKDƏ İŞTİRAKI

2014 Beynəlxalq akkreditasiya eksperti. Akademik E.A.Buketov adına Karaqanda Dövlət Universiteti, Karaqanda, Qazaxstan

2016 Beynəlxalq akkreditasiya eksperti. Qazaxıstan-Britaniya Texniki Universiteti, Almaata, Qazaxstan

2016 Gənc tədqiqatçılara polimerlərin kimyəvi modifikasiyasından mühazirələr oxumuşdur (Erasmus+ KA107-2016). Yıldız Teknik Universiteti, İstanbul, Türkiyə

2016 Beynəlxalq akkreditasiya eksperti. X. Dosmuxamedov adına Atrau Dövlət Universiteti, Atrau, Qazaxstan

2017 Beynəlxalq akkreditasiya eksperti. M.Aeuzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti, Çimkənd, Qazaxstan

2018 Beynəlxalq akkreditasiya eksperti. Akkreditasiya komissiyasının rəhbəri. Ş.E.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti, Aktau, Qazaxstan

2018 Gənc tədqiqatçılara polimerlərin kimyəvi modifikasiyasından mühazirələr oxumuşdur (Erasmus+ KA107-2018). Yıldız Teknik Universiteti, İstanbul, Türkiyə

2017 Karlova Universitetində emi-tədqiqat işi aparmışdır (Praqa, Çex Respublikası) 

2019 Beynəlxalq akkreditasiya eksperti. Akademik E.A. Buketov adına Karaqanda Dövlət Universiteti, Karaqanda, Qazaxıstan

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət