QISA BİOQRAFİK MƏLUMAT
20 fevral 1984-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Xətai rayonu Sədrəddin Həsənov adına tam orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2005 Bakı Dövlət Universiteti, Kimya fakültəsi, Kimya ixtisası üzrə bakalavriat səviyyəsini bitirib
2007 Bakı Dövlət Universiteti, Kimya fakültəsi, “Fiziki kimya” ixtisaslaşməsı üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib
2014 "2317.01– Nanokimya və nanomateriallar" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2022 ADA universiteti, “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə magistratura səviyyəsini bitirib
ƏMƏK FƏALİYYƏTİ
2012-2018 Bakı Dövlət Universiteti, Fizika fakültəsi, tyutor
2018-2025 Bakı Dövlət Universiteti, Nanoaraşdırmalar ETL, elmi işçi
2025-ci ildən Bakı Dövlət Universiteti, Kimya fakültəsi, Yüksəkmolekullu birləşmələr kimyası, baş müəllim
hal-hazıradək
TƏDQİQAT SAHƏSİ
Nanomateriallar, nanokompozitlər, dərman daşınma sistemləri, kiçik ölçülü strukturlarda baş verən fiziki-kimyəvi proseslər
BEYNƏLXALQ TƏLİM VƏ MÜBADİLƏ PROQRAMLARINDA İŞTİRAKI
2011 (10-23 iyul)Nanosistemlərin və materialların müasir tədqiqat metodları üzrə ali kurslar, Birləşmiş Nüvə Tədqiqatları Mərkəzi, Rusiya (Dubna) və Kurçatov Adına Milli Tədqiqat Mərkəzi, Rusiya (Moskva)
BEYNƏLXALQ LAYİHƏ VƏ QRANTLARDA İŞTİRAKI
2020-2024 DAAD PAGEL-Partnerships for the Health Sector in Developing Countries (elmi əməkdaşlıq)
2019 Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq İnnovativ Nanotexnologiya Mərkəzinin Qrant Lahiyəsi (qalib)
2014 Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişaf Fondu 4-cü “Mobillik Qrantı” müsabiqəsi (qalib) Türkiyə, Ankara (Hacıtəpə Universiteti)
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2021 “Fizikada Müasir Trendlər” 7-ci Beynəlxalq MTP-2021 Konfransı, Bakı
2021 “Elm və təcrübə: Müasir cəmiyyətə tətbiq” IX Beynəlxalq Elmi-Praktik Konfrans, Mançester
2012 “İstehsal üçün nanotexnologiyalar” VIII Beynəlxalq elmi-praktik konfrans və sərgi, Fryazino