QISA BİOQRAFİK MƏLUMAT
1989-cu ildə Sumqayıtda anadan olub. 2006-cı ildə Sumqayıt şəhərindəki 16 saylı orta məktəbi bitirib
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2010 Bakı Dövlət Universiteti, Kimya fakültəsinin bakalavriat səviyyəsini bitirib
2012 Bakı Dövlət Universiteti, Kimya fakültəsinin magistratura səviyyəsini bitirib
2018 Kimya üzrə fəlsəfə doktoru. Dissertasiya işinin mövzusu: “Polimer matrisdə nikel, kobalt, mis sulfidləri əsasında nanokompozitlərin sintezi və onların modifikasiyası”.
ƏMƏK FƏALİYYƏTİ
2011-2016 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Metalkompleks katalizatorları” ETL-də laborant
2016-cı ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Metalkompleks katalizatorları” ETL-də elmi işçi
hal-hazıradək
2019–2023 Bakı Dövlət Universiteti Kimya fakültəsi, Yüksəkmolekullu birləşmələr kimyası kafedrası, müəllim
2023-cü ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, Yüksəkmolekullu birləşmələr kimyası kafedrası, baş müəllim
hal-hazıradək
Respublika və xarici elmi jurnallarında dərc olunmuş 30-dan çox elmi məqalənin müəllifidir. Xarici ölkələrdə və respublikada keçirilmiş 50-dən çox nüfuzlu Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. 1 fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəridir
MÜKAFATLAR
2017 "İlin Gənc Alimi " fəxri mükafatı (EIF-IA-2016 / GA-4- 003), (medal və diplom)
2017 “Əldə etdiyi yüksək elmi nəticələr və uğurlarına görə” fəxri fərman və mükafatı
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
TƏDQİQAT SAHƏSİ
1. Sintetik kauçukların oksidləşmə xlorfosforlaşma reaksiyası
2. Keçid metalların sulfidləri, oksidləri, laylı ikiqat hidroksidlər əsasında nanokompozitlərin sintezi: onların modifikasiyası, sorbsion, katalitik və digər xassələrinin öyrənilməsi
3. Çoxfunksiyalı polimerlər nanokompozitlər tərəfindən ağır metal ionlarının, boyaq maddələrin və zəhərli üzvi birləşmələrin sorbsiyası və fotodegradasiyası
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2011 Nəzəri və eksperimental tədqiqatlar. Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (JINR), Dubna
2011 Polimerlər və karbon əsaslı nanokompozit yarımkeçiricilərin sintezi və xarakteristikası, Oulu
2011 Elektron və fotonika üçün nanotexnologiya platforması beynəlxalq seminar; BDU, Bakı
2014 Gənc alim və mütəxəssislərin Azərbaycan Respublikası neftçi gününə həsr olunmuş 1-ci Beynəlxalq Elmi Konfransı. Fundamental və tətbiqi elmlərin (Yer, Texniki və Kimya) aktual problemlərinin həllində multidisipliner yanaşmanın rolu, Bakı
2015 Akademik Elm Həftəsi-2015. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr edilmişdir. Beynəlxalq Multidisipliner Forum, Bakı
2016 Neft kimyası üzrə IX Bakı Beynəlxalq Məmmədəliyev Konfransı. Azərbaycan Milli Elmlər Akademiyası. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Bakı
2016 Kimyanın aktual problemləri”. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənc tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı, Bakı
2017 V Beynəlxalq Bergman Konfransı, "Təhsildə, elmdə və texnologiyada fizik-kimyəvi analiz", Maxaçqala
2017 Akademik B.K.Zeynalovun 100 illiyinə həsr olunmuş "Kompleks qatılaşdırılmış sistemlərdə petrokimyəvi sintez və kataliz" beynəlxalq elmi-texniki konfrans, Bakı
2018 "Ətraf mühit və ekoloji kimya-2017" 6-cı Beynəlxalq Konfransı, Tbilisi
2018 Akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilmiş beynəlxalq konfrans, Bakı
2018 Kimyanın aktual problemləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların XI Beynəlxalq Elmi Konfransı, Bakı
2019 Kimyanın aktual problemləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı, Bakı
2019 Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransı, Bakı
2019 Kimyanın aktual problemləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların XII Beynəlxalq Elmi Konfransı, (Plenar məruzəçi), Bakı
2020 The VIII International Scientific Conference «The Chemistry of Coordination Compounds» dedicated to the 85th anniversary of the Department of Analytical Chemistry, Bakı
2020 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyinə həsr olunmuş kimya mühəndisliyinin aktual problemlərinə dair beynəlxalq konfrans, Bakı
2020 Kimyanın aktual problemləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-cu ildönümünə həsr olunmuş gənc tədqiqatçıların XIII Beynəlxalq Elmi Konfransı, Bakı
2021 İşıq və İşıq əsaslı Texnologiyalar üzrə 2 -ci Beynəlxalq Konfrans. Qazi Universiteti, Ankara
2021 Kimyanın aktual problemləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-cu ildönümünə həsr olunmuş gənc tədqiqatçıların XIV Beynəlxalq Elmi Konfransı, Bakı
BEYNƏLXALQ LAYİHƏLƏR
- F05B ERASMUS+KA107 COOPERATION Erasmus+ International Credit Mobility Projects (KA107) -2020
ÖLKƏDAXİLİ LAYİHƏLƏR
- Polifunksional polimerlərin sintezi və onların Kür çayının ağır metal, radionuklid çirkləndiricilərinin region ekosisteminə təsirinin qiymətləndirilməsində tətbiqi. Elmin İnkişafı Fondu EİF-2011-1(3)-82/68/4-М-40 (01.10.2011- 30.09.2013). Bakı, Azərbaycan
- “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qalibi. Elmin İnkişafı Fondu (EİF) tərəfindən elan edilmiş “Ən Layiqli Alim–Ə.L.A.” məqsədli qrant müsabiqəsinin “2016-cı İlin Gənc Alimi” nominasiyası, 16 Oktyabr, 2017. Bakı, Azərbaycan
- 2018-ci ildə - 50 + 50 Bakı Dövlət Universiteti
BEYNƏLXALQ TƏLİMLƏRDƏ VƏ AKADEMİK MOBİLLİKDƏ İŞTİRAKI
2011 İnkişaf texnologiyalarından istifadə edərək nəzəri və eksperimental tədqiqatlar üzrə təlim. Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (JINR), Dubna (Rusiya)
2011 Polimerlər və karbon əsaslı nanokompozit yarımkeçiricilərin sintezi və xarakteristikası üzrə təlim, seminar. Oulu Texniki Universiteti, Oulu (Finlandiya)
2020 Tvinninq layihəsi çərçivəsində 2018-2020-ci illər üçün Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsi. Layihənin müqavilə № si ENI / 2018 / 395-401, Bakı