QISA BİOQRAFİK MƏLUMAT
1958-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1976-cı ildə Bakıda Kimya və biologiya təmayüllü orta məktəbi bitirib
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1984 Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib
1987 Kimya elmləri namizədi. Dissertasiya işinin mövzusu: «Benzoy turşusunun p-törəmələrinin manqan(II), kobalt(II) və nikellə(II) əmələgətirdiyi kompleks birləşmələrin sintezi,quruluşu və xasssələri»
1995 Dosent
2003 Kimya elmləri doktoru. Dissertasiya işinin mövzusu: «Metalların β-diketonların törəmələri ilə kompleks birləşmələri: sintez, quruluşu, xassələri və analitik tətbiqi»
2004 Professor
ƏMƏK FƏALİYYƏTİ
1991-1995 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Analitik kimya” kafedrası, baş müəllim
1995-2004 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Analitik kimya” kafedrası, dosent
2004-cü ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Analitik kimya” kafedrası, professor
hal-hazıradək
2006-cı ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Analitik kimya” kafedrasının müdiri
hal-hazıradək
MÜKAFATLAR
2004 Y.Məmmədəliyev adına mükafat
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
ELMİ TƏDQİQAT SAHƏSİ
- Metal ionlarının fotometrik təyini və onların sorbsiyası üçün xelat sorbentlərin tədqiqi
- β-diketonlar, xromotrop və piroqallol əsasında sintez edilmiş üzvi reagentlərdən bir sıra metal ionlarının təyini üçün fotometrik reagent kimi tətbiqi
- Malein anhidridi və stirol əsasında sintez edilmiş sorbentlərdən istifadə etməklə bir sıra metalların sorbsiya imkanlarının öyrənilməsi
500-dən çox elmi əsərin, 10 dərslik və dərs vəsaiti, 4 metodik vəsait, 16 patentin müəllifidir. Rəhbərliyi altında 28-dən çox namizədlik işi müdafiə etmişdir. Hazırda 5 fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri və 3 doktorluq dissertasiya işinin elmi məsləhətçisidir
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2023 O‘zbekiston milli yuniversitetining 105 yilligi gabag‘ishlangan “analitik kimyoning dolzarb Muammolari” mavzusi dagixal qaroprofessor-o‘qituvchilar va yosholimlar ishtirokidagi Respublik ailmiy-amali yanjumani, Toshkent
2023 Всероссийская научно-практическая конференция «Фундаментальные проблемы и прикладные аспекты химической науки и образования» с международным участием, посвященная 55-летию химического факультета Дагестанского государственного университета, Махачкала
2020 “Analitik kimya“ kafedrasının 85 illik yubileyinə həsr olunmuş “Koordinasion birləşmələr kimyası” VIII Beynəlxalq elmi konfrans, Bakı
2019 Ümummilli Lider H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimyanın aktual problemləri” XIII Beynəlxalq elmi konfrans, Bakı
2018 1st International Science an Engineering Conference, Bakı
2017 «Коordinasion birləşmələr kimyası: Analiltik kimyanın aktual problemləri» Akademik R.Ə.Əliyevanın 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans, Bakı
2016 Müasir kimya və biologiyanın aktual problemləri” Beynəlxalq elmi konfrans, Gəncə
2014 8-nd Eurasian Meeting on Heterocyclic Chemistry (EAMHC-2014), Tbilisi
2014 3-rd International Conference of Organic Chemistry (ICOC-2014). “Organic Synthesis – Driving Force of Life Development”, Tbilisi
2013 I Beynəlxalq Kimya və Kimya mühəndisliyi konfransı, Bakı
2012 IX научн. конф. «Аналитика Сибири и Дальнего Востока», Красноярск
2011 2-nd International Conference on Organic Chemistry «Advances in Heterocyclic Chemistry», Tbilisi
2009 Bakı Dövlət Universitetinin 90-illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi konfrans, Bakı
2008 Международная научно-практическое конференция «Актуальные проблемы Биоэкологи», Москва