QISA BİOQRAFİK MƏLUMAT
1950-ci ildə Naxçıvan şəhərində anadan olub. 1966-cı ildə orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1973 Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib
1981 Kimya elmləri namizədi. Dissertasiya işinin mövzusu: «Lantanoidlərin tellurobismutitlərinin sintezi və tədqiqi»
1993 Kimya elmləri doktoru. Dissertasiya işinin mövzusu: «Nadir torpaq elementlərinin xalkostibnit və xalkobismutitləri və onların əsasında materialların alınmasının fiziki-kimyəvi əsasları»
ƏMƏK FƏALİYYƏTİ
1973-1988 Azərbaycan Respublikası Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya İnstitutu (indiki Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu)
1988-ci ildən Bakı Dövlət Universiteti, Kimya fakültəsi, «Ümumi və qeyri-üzvi kimya» kafedrası, professor
hal-hazırda
MÜKAFATLAR
- “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
- "Azərbaycan Respublikasının Qabaqcıl ali təhsil işçisi" döş nişanı
- Respublika Həmkarlar İttifaqının 100 illiyi medalı
ELMİ TƏDQİQAT SAHƏSİ
Nadir torpaq elementləri əsasında mürəkkəb tərkibli xalkogenidlərin alınması və tətbiqi
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2023 Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri Beynəlxalq elmi konfrans, Gəncə
2022 Kimya və Kimya texnologiyası Beynəlxalq elmi konfrans, Bakı
2021 Kimyanın aktual problemləri Beynəlxalq elmi konfrans, Bakı