QISA BİOQRAFİK MƏLUMAT
1974 -cü ildə Xaçmaz rayonunda anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbini bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1998 Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib
2016 Kimya üzrə fəlsəfə doktoru. Dissertasiya işinin mövzusu: “Funksional əvəzli tiiranların aminlərlə qarşılıqlı reaksiyası və alınan məhsulların aşqar kimi tədqiqi”
ƏMƏK FƏALİYYƏTİ
1993 - 1998 Bakı Dövlət Universiteti, Kimya fakültəsi, iş icraçısı
1999 - 2003 Bakı Dövlət Universiteti, Ümumi şöbə, müdir
2003 - 2011 Bakı Dövlət Universiteti, Kimya fakültəsi, Fiziki və kolloid kimya kafedrası, baş laborant
2011 - 2019 Bakı Dövlət Universiteti, Ümumi şöbə, müdir
2019 – Bakı Dövlət Universiteti, Kimya fakültəsi, Ümumi və qeyri-üzvi kimya kafedrası, müəllim
hal-hazıradək
MÜKAFATLAR
2000 Universitetin ictimai həyatındakı fəal mövqeyinə görə və Bakı Dövlət Universitetinin 80 illik yubileyi münasibətilə Fəxri Fərman ilə təltif edilib
2014 Universitetin ictimai həyatındakı fəal mövqeyinə görə və Bakı Dövlət Universitetinin 95 illik yubileyi münasibətilə Fəxri Fərman ilə təltif edilib
ELMİ TƏDQİQAT SAHƏSİ
Yağların və sürtgü materiallarının oksidləşmə və biozədələnmədən effektiv qorunması üçün istifadə oluna bilən, eyni zamanda antimikrob və antioksidləşdirici aktivliyə malik olan yeni bifunksional aşqarın işlənib hazırlanması
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2008 Akademik M.F.Nagıyevin 100-illik yubileyinə həsr olunmuş Elmi Konfrans, Bakı
2008 18th International Congress of Chemical and Process Engineering, Pragua