QISA BİOQRAFİK MƏLUMAT
1963-cü ildə Ermənistan SSR Krasnoselo rayonunun Çaykənd kəndində anadan olmuşdur. 1981-ci ildə Sumqayıt şəhər 28 saylı orta məktəbini bitirib
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1988 A.A.Jdanov adına Leninqrad Dövlət Universitetini (indiki Sankt-Peterburq Dövlət Universiteti) Kimya fakültəsini bitirib
2006 Kimya elmləri namizədi. Dissertasiya işinin mövzusu: "Ce-Sb(Bi)-Se(Te) üçlü sistemlərində qarşılıqlı təsirin və alınan fazaların xassələrinin tədqiqi"
ƏMƏK FƏALİYYƏTİ
1988-1990 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Ümumi və qeyri-üzvi kimya” kafedrası, laborant
1990-1999 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Ümumi və qeyri-üzvi kimya” kafedrası, baş laborant
1999-2008 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Qeyri-üzvi materialşünaslıq” ETL-də elmi işçi
2008-ci ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Ümumi və qeyri-üzvi kimya” kafedrası, müəllim
hal-hazıradək
ELMİ TƏDQİQAT SAHƏSİ
Üçlü sistemlərdə alınan yeni fazaların elektrofiziki xassələrinin müəyyənləşdirilməsi, kristalloqrafik parametrlərinin təyin edilməsi, monokristalların alınması və tətbiq sahələrinin müəyyənləşdirilməsi.
80-dən çox elmi əsərin, 3 kitabın, 2 patentin müəllifidir.
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2011 Biokimyəvi nəzəriyyələrin aktual problemləri 2-ci Beynəlxalq konfrans, Gəncə