QISA BİOQRAFİK MƏLUMAT
1948-ci il oktyabr ayının 10-da Gürcüstan Respublikasının Borçalı mahalının Qurtlar kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirib
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1970 Azərbaycan Dövlət Pedaqoji Universiteti
1979 Kimya elmləri namizədi. Dissertasiya işinin mövzusu: "Arsen və qallium xalkogenidləri qarşılıqlı təsiri"
1992 Kimya elmləri doktoru. Dissertasiya işinin mövzusu: Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi
1993 Professor
2016 Rusiya Təbiət elmləri akademiyasının müxbir üzvü
ƏMƏK FƏALİYYƏTİ
1970-1972 Dəvəçi rayonu orta məktəbdə kimya müəllimi
1972-1982 AMEA, elmi işçi
1988-1992 Bakı Dövlət Universiteti Kimya fakültəsi, "Qeyri-üzvi materialşünaslıq" ETL-in müdiri
1988-2008 Bakı Dövlət Universiteti Kimya fakültəsi, "Ümumi və qeyri-üzvi kimya" kafedrası, professor
1999-2005 Bakı Dövlət Universiteti Kimya fakültəsi, dekan müavini
2005-2012 Bakı Dövlət Universiteti Kimya fakültəsi, "Ümumi və qeyri-üzvi kimya" kafedrasının müdir əvəzi
2002-2013 Bakı Dövlət Universitetinin Elmi Şurasının elmi katibi
2012-2022 Bakı Dövlət Universiteti Kimya fakültəsi, “Ümumi və qeyri-üzvi kimya“ kafedrasının müdiri
2022-ci ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, "Ümumi və qeyri-üzvi kimya" kafedrası, professor
hal-hazıradək
MÜKAFATLAR
2014 “Tərəqqi” medalı
2016 “Qabaqcıl təhsil İşçisi”
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
ELMİ TƏDQİQAT SAHƏSİ
Çox komponentli sistemlərin fiziki-kimyəvi tədqiqi, şüşəvari maddələrin sintezi və yeni tip yarımkeçirici birləşmələrin tədqiqi, keramiki materiallar və nanohissəciklərin alınması
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 500-dən çox elmi əsərin, 10-dan çox dərslik və dərs vəsaitinin müəllifidir. Xarici ölkələrdə keçirilmiş SSRİ və digər ölkələrdə Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2004 I Beynəlxalq seminar. Light in Nano-Size Solids, Baku
2015 International Semiconductor Science&Technology Conference, İzmir