İSMAYIL ƏHMƏDƏLİ OĞLU ƏLİYEV

İSMAYIL ƏHMƏDƏLİ OĞLU ƏLİYEV

İSMAYIL ƏHMƏDƏLİ OĞLU ƏLİYEV

Professor

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1947-ci il fevral ayının 27-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızı medal ilə bitirib

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1970 Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsini Kimyaçı, kimya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1976 Kimya elmləri namizədi. Dissertasiya işinin mövzusu: “İkivalentli kükürdün aromatik törəmələrində elektron effektlərinin tədqiqi” 

1990 Kimya elmləri doktoru (Şərqi Sibir. İrkutsk Dövlət Universiteti). Dissertasiya işinin mövzusu: “Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki-kimyası” 

1986 dosent

1991 professor 

ƏMƏK FƏALİYYƏTİ

1973-1977 Bakı Dövlət Universiteti Kimya fakültəsi, Üzvi kimya kafedrası, laborant

1977-1979 Bakı Dövlət Universiteti, qiyabi şöbə, metodist

1979-1985 Bakı Dövlət Universiteti Kimya fakültəsi, Üzvi kimya kafedrası, müəllim

1985-1986 Bakı Dövlət Universiteti Kimya fakültəsi, Üzvi kimya kafedrası, baş müəllim

1986-1991 Bakı Dövlət Universiteti Kimya fakültəsi, Üzvi kimya kafedrası, dosent

1994 (5 ay) Marmara Universiteti TUBITAK – DOPROQ (NATO Proqrami) (Türkiyə Cümhuriyyəti, Istanbul ş.)

1991-1997  Bakı Dövlət Universiteti Kimya fakültəsi, Üzvi kimya kafedrası, professor

1997-2000  BDU-da iş yeri saxlanılmaqla “100-ci Yil Universitesi”, Eyitim fakultesi, Prof. Dr.(Türkiyə Cümhuriyyəti, Van ş.)

2000-2006 Bakı Dövlət Universitetinin Magistratura, aspirantura və doktorantura şöbəsinin müdiri

2006-2011  Bakı Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru

2011-2014  Bakı Dövlət Universiteti Kimya fakültəsi, Üzvi kimya kafedrası, professor, “Həyat Fəaliyyəti Təhlükəsizliyi” kafedrasının müdir əvəzi

2014-2019  Bakı Dövlət Universiteti rektorunun Ümumi məsələlər üzrə müşaviri

2017-ci ildən Bakı Dövlət Universiteti Kimya fakültəsi, Üzvi kimya kafedrası, professoru, “Həyat Fəaliyyəti Təhlükəsizliyi” kafedrasının müdiri

hal-hazıradək

MÜKAFATLAR

2009  «Şöhrət» ordeni 

2007  Azərbaycan Respublikası Təhsil Nazirinin «Qabaqcıl təhsil işçisi» döş nişanı

2014  Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının «Qızıl qələm» media mükafatı

2014  Fövqəladə Hallar Nazirliyi Nülki Müdafiə Qoşunları Komandanının “Fəxri Fərmanı”

2015  Beynəlxalq Ekoenerji Akademiyasının  ekologiya sahəsində akademık diplomu

2016  Azərbaycan Respublikasının əmək veteranı və s.

2019  “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı 

ELMİ TƏDQİQAT SAHƏSİ

Arentiolların, II, IV və VI valentli kükürdün aromatik törəmələrinin və analoqlarının sintezi, çevrilmələri, fiziko-kimyəvi xassələri ilə reaksiyaya girmə qabiliyyətləri arasında əlaqələrin tədqiqi

Həmcinin son 10 ildə Azərbaycanda təbii fəlakətlər, termal və mineral sular, kurortları, turizmin inkişafı, yaşıl enerji və s. sahələrdə elmi  araşdırmalar aparır

278 elmi əsərin, o cümlədən  2 monoqrafiyanın, 3 dərsliyin, 5 dərs vəsaitinin, 1 metodik göstərişin, 4 tədris proqramının, 10 patentin və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir Respublika dövrü mətbu orqanlarında dövlətçiliyə həsr olunmuş 86 maqalənin müəllifidir

“Processes of  petrochemistry and oil-refining” və «Journal of Baku Engineering University» (Chemistry and Biology)  jurnallarının redaksiya heyyətlərinin  üzvüdür

BEYNƏLXALQ  KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI 

2000 XIV Ulusal Kimya Kongresi, Diyarbakır

2001 XV Ulusal Kimya Konqresi, İstanbul

2007 ХVIII Менделеевский съезд по общей и прикладной химми, Москва

2009 I Международная конференция Российского химического общества имени Д.И.Менделеева, Москва

2011 International Congress on Organic Chemistry dedicated to the150-th anniversaru of the Butlerov’s Theoryn of Chemical Structure of Organic Compounds.Book of Abstracts, Russia

2017 Материалы V-ой Международной Бергмановской конференции, «Физико-химический анализ в образовании, науке и технике», Махачкала

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət