Fakültə haqqında

Əziz abituriyentlər!

Bakı Dövət Universitetinin Kimya fakültəsi ölkəmizdə kimya ixtisaslarına liderlik edən elm-təhsil mərkəzidir. Hal-hazırda fakültədə ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində 1200-ə qədər tələbə 20 ixtisas və ixtisaslaşma üzrə azərbaycan, rus və ingilis dillərində, əyani formada təhsil alır. Beynəxalq akkreditasiya agentliyi İQAA tərəfindən akkreditə olunmuş ixtisaslaşmalar beynəlxalq aləmdə tanınır. Bu ixtisaslar hər il əmək bazarının tələbləri nəzərə alınaraq modernləşdirilir, elm və sənaye üçün tələb olunan ixtisasçılar hazırlanır. Fakültə çox istiqamətli olub elm-təhsil, pedaqoji və texnoloji model üzrə formalaşıb, nəzdində 5 elmi tədqiqat laboratoriyası ilə inteqrasiya olunmuş 7 kafedradan ibarətdir. Kimya, kimya mühəndisliyi və kimya müəllimliyi istiqamətləri üzrə müxtəlif sahələrdə elmi-tədqiqat işləri aparmaq üçün maddi-texniki bazaya malikdir. Birinci kursdan tələbələr elmi-tədqiqat işlərinə cəlb olunurlar. Onların elmi-tədqiqat işlərinə 3 akademik, 1 akademiyanın müxbir üzvü, 22 professor, 27 dosent ümumilikdə 75 professor-müəllim heyəti rəhbərlik edir. Bu, məqsədyönlü və əməksevər tələbələrin öz potensiallarını ortaya qoymaq, dərin bilik əldə etmək, təcrübə və lazımi kompetensiyaları qazanmağa imkan verir.

Əziz abituriyentlər!

Siz BDU-nun Kimya fakültəsini seçməklə öz həyatınızda ən mühüm qərarlardan birini qəbul etmiş olacaqsınız. Bununla Siz akademik mühitdə formalaşaraq rəqabət qabiliyyətli və tələb olunan ixtisasçı olacaqsınız. Bu qərar çox məsuliyyətlidir, çünki o təkcə Sizin intellektual və yaradıcı potensialınızın həyata keçməsinə yox, bütünlükdə Sizin taleyinizi müəyyən edəcəkdir. Əgər Siz gələcəyiniz üçün əmin olmaq, əmək bazarında tələb olunan yüksək ixtisasa yiyələnmək istəyirsinizsə, hərtərəfli, aktiv tələbə həyatı arzulayırsınızsa Bakı Dövət Universitetinin Kimya fakültəsinə daxil olun. Bizim qapılarımız üzünüzə açıqdır və biz Sizin hər birinizi gözləyirik.

Fakültədə bakalavriat səviyyəsi üzrə 3 ixtisasda kadr hazırlanır:

Kimya ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi tədqiqat institutlarında işləyə bilər.

Kimya müəllimliyi ixtisasını bitirən tələbələr kimya müəllimi ixtisasına yiyələnir. Onlar ölkəmizin orta məktəblərində, liseylərində kim­ya müəllimi kimi kimya fənnini yüksək sə­viyyədə tədris edə bilərlər.

Kimya mühəndisi ixtisasında neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.

Fakültə dekanı.

Əziz abituriyentlər!

Kimya fakültəsinə qəbul I və IV ixtisas qrupları üzrə aparılır. Bu haqda Dövlət İmtahan Mərkəzinin səhifəsində məlumat almaq olar.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət