Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: Neft kimyası və neft-kim­yəvi sintez

  1. Yeni katalitik sistemlərin iş­ti­rakında bio­dizelin və ya­na­caq kom­po­nent­lə­ri­nin alın­ması

Mövzunun rəhbəri: professor İbrahim Məmmədov

İcraçılar: Ofelya Cavadova, Nərgiz Əzimova

Məqsəd: Ekoloji təmiz yanacaq növlərinin və komponentlərinin alınması üsullarının işlə­nib hazırlanması

Nəticə: Yeni katalitik sistemlərin iştirakında biokütlədən ekoloji təmiz dizel yanacaq növləri, eləcə də yanacaq komponentləri əldə olunmuş və istismar xassələri tədqiq edilmişdir.

Təcrübi əhəmiyyəti: Planetimizin ozon dəliyi, istixana effekti, turşu yağışlarının yağ­­ması, atmosferin yuxarı qatlarında sənayenin zəhərli qazlarının toplanması, oke­an­ların və torpağın zərərli kimyəvi məhsullar ilə çirklənməsi kimi problemlərinin aradan qaldırılması məqsədilə ekoloji təmiz alternativ yanacaqların alın­ma tex­nologi­ya­sının işlənib hazırlanması günümüzün prinsipal məsələsi hesab edilir.

 


 

  1. Xalkonlar əsasında yeni bi­oloji-aktiv maddələrin sin­te­­zi və tədqiqi

Mövzunun rəhbəri: professor İbrahim Məmmədov

İcraçılar: Yeganə Məmmədova, Şərqiyyə Qasımova, Rahilə Hüseynova

Məqsəd: Neft komponentləri əsasında tibbdə müxtəlif xəstəliklərin müalicəsi üçün tətbiq potensialı olan birləşmələrin sintezi

Nəticə: Neft fenolları əsasında ilk dəfə sintez olunmuş bioloji-fəal maddələrin müxtəlif mikroorqanizmlərə qarşı xassələri öyrənilmiş və təcrübi əhəmiyyətli nəticələr əldə edilmişdir.

Təcrübi əhəmiyyəti: Yaşadığımız dövrün ciddi pandemik, eləcə də sanitar-epidemik şəraitini nəzərə alaraq mikroorqanizmlərə qarşı yeni preparatların sintezi

 


 

  1. 2-Allilfenolun yeni növ azot­sax­layan tö­rə­­mə­lə­ri­nin və onl­arın çevrilmə məh­sul­la­rı­nın sintezi və tədqiqi

Mövzunun rəhbəri: professor Musa Bayramov

İcraçılar: Gülnarə Həsənova

Məqsəd: 2-Allilfenolun yeni azotsaxlayan törəmələri əsasında korro­ziya inhibitorları kimi texniki əhəmiyyətli birləşmələrin alınması

Nəticə: 2-Allilfenolun yeni azotsaxlayan törəmələri əsasında alınmış inhibitorlar polad nü­mu­nələrin korroziyadan qorunması məqsədilə öyrənilmiş və müsbət nə­ticələr əldə edilmişdir.

Təcrübi əhəmiyyəti: Metalların korroziyadan mühafizə problemini nəzərə alaraq texniki əhəmiyyətli maddələrin sintezi və xassələrinin tədqiqi

 


 

  1. Tərkibində funksional qrup­lar olan kü­kürd­­lü üzvi bir­ləş­mə­lərin sintezi və neft məh­sullarına aşqar kimi tədqiqi

Mövzunun rəhbəri: professor Qasım Hüseynov

İcraçı: Q.Z.Hüseynov

Məqsəd: Sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran, yeni üzvi birləşmələr sintez etmək, onların quruluşları ilə effektləri arasındakı aşlılığı öyrənməsi

Nəticə: Sintez olunan mad­dələrin sürtkü yagının antikorroziya və yaglayıcı xassələrini yaxşılaşdırması müəyyən edilmişdir.

Təcrübi əhəmiyyəti: Yağlara-yanacaqlara qarşı yüksək tələblərin qoyulmasını nəzərə alaraq texniki əhəmiyyətli maddələrin sintezi və yoxlanılması

 


 

  1. Katalitik krekinqin C3-C4 fr­a­k­­si­ya­sının yeni istifadə tex­nologiya­sı­nın mo­del­ləş­di­­rilməsi

Mövzunun rəhbəri: dosent Natiq Zeynalov

İcraçı: N.Y.Zeynalov

Məqsəd: Katalitik krekinqin C3-C4 fr­a­k­­si­ya­sının yeni istifadə tex­nologiya­sı­nın mo­del­ləş­di­­rilməsi qarşıya əsas məqsəd kimi qoyulmuşdur.

Nəticə: Yüksək oktan ədədli EÜBE-in yeni istehsal texnologiyasının modelləşdirilməsi həyata keçirilmişdir.

Təcrübi əhəmiyyəti: İstehsalın iqtisadi, ekoloji səmərəliyi tələblərini əsas götürərək nəzəri hesabatların aparılması

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət