Fiziki və kolloid kimya kafedrası 1935-ci ildə təşkil olunmuşdur. Kafedraya prof. Vladimir İvanoviç Tixomirov (1935-1946), dos. Abdulrəhim Əbdürrəhim oğlu İsmayılov (1946-1957), akad. Murtuza Fətulla oğlu Nağıyev (1957-1960), prof. Səkinə Əşrəf qızı Ələkbərova (1960-1965), prof. İsrafil Səttar oğlu Səttarzadə (1965-1983), prof. Əlihüseyn Ağa Əli oğlu Quliyev (1983-1999), dos. Eylaz Dilən oğlu Eylazov (2000-2003) rəhbərlik etmişlər. 2004-cü ildən isə kafedraya prof. Eldar İsa oğlu Əhmədov rəhbərlik edir.
Hal-hazırda kafedrada Sabit Eyyub oğlu Məmmədov (professor), Cəbrail İsrafil oğlu Mirzai (professor), Fuad Şəmsəddin oğlu Kərimli (k.e.d., dosent), Yaşar Xankişi oğlu Şahverdiyev (k.e.n., dosent), Taleh Orduxan oğlu Qəhrəmanov (k.e.n., dosent), Səkinə Eylaz qızı Mirzəliyeva (k.e.n., dosent), Kəbirə Abduləhəd qızı İsgəndərova (baş müəllim), Xuraman Mövlud qızı Əzməmmədova (k.ü.f.d., böyük laborant), Arzuxanım Mirakif qızı Mirzəyeva (k.ü.f.d., böyük laborant), Natəvan Cumalı qızı Musayeva (k.ü.f.d., böyük laborant), Elmira Xeyrulla qızı Nağıyeva (böyük laborant), Lalə Gülbala qızı Məhərrəmova (k.ü.f.d., böyük laborant), Turanə Əlləz qızı Babayeva (k.ü.f.d., böyük laborant), Sahilə Bakir qızı Izzətli (böyük laborant), Solmaz Bayram qızı Vəliyeva (böyük laborant) çalışırlar.
Kafedrada müxtəlif vaxtlarda AMEA-nın müxbir üzvü.prof. M.B.Babanlı, professorlar S.M.Hacıyev, N.T.Şəmilov, Y.İ.Cəfərov, dosentlər B.Ə.İsmayılova, A.C.Səttarzadə, L.Z.Məmmədova, G.A.Zahidova, A.L.Mustafayeva, baş müəllimlər E.F.Xəlilova, İ.S.Zamani, R.H.Baxışov, N.A.Rzayeva çalışmışlar.
Kafedranın elmi-pedaqoji fəaliyyətinin formalaşmasında mühüm rol oynamış şəxslərdən akademik Murtuza Fətulla oğlu Nağıyev, AMEA-nın müxbir üzvü, prof. Bilal Ataş oğlu Dadaşov, AMEA-nın müxbir üzvü, prof. Vsevolod Fyodoroviç Neqreyev, AMEA-nın müxbir üzvü, prof. Zülfüqar Hüseynqulu oğlu Zülfüqarovun və digər qabaqcıl alimlərin xidmətləri olmuşdur.
Kafedrada neftə alternativ olan bərpa olunan biokütlədən alınmış bioetanolun qiymətli üzvi maddələrə çevrilməsi prosesi üçün seolitlər, keçid və Ln metalları əsasında nanoqurluşlu katalitik kompazisiyaların işlənməsi mövzusunda tədqiqat işləri aparılır. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində kafedranın professor-müəllim heyəti, laborantları, doktorantları, dissertantları və magistrantları iştirak edir.
Kafedrada 8 elmlər doktoru, 50-dan çox kimya üzrə fəlsəfə doktoru, o cümlədən xarici ölkələr üçün (Koreya, Əfqanıstan, Suriya və s.) 5 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır.
Fiziki və kolloid kimya kafedrası Baykov adına Metallurgiya institutu (Moskva ş.), Kurnakov adına Ümumi və qeyri-üzvi kimya institutu (Moskva ş.), Bərk cisimlər və yarımkeçiricilər institutu (Minsk ş.) və Ümumi və qeyri-üzvi kimya institutu (Kiev ş.) ilə çoxillik elmi əlaqəyə malik olmüşdur. Hal-hazırda kafedranın əməkdaşları Türkiyə, Rusiya və digər xarici ölkələrin ali məktəbləri və qabaqcıl elmi müəssisələri ilə elmi və elmi-metodiki əlaqələri inkişaf etdirməyi davam etdirir.
Kafedranın əməkdaşları tərəfindən 30-dan çox dərslik, monoqrafiya, dərs vəsaiti, metodik göstərişlər, 1200-dən çox elmi məqalə nəşr olunmuş, 10-dan çox müəlliflik şəhadətnaməsi və patent alınmışdır. Kafedra əməkdaşlarının iştirakı ilə 20 dərslik və dərs vəsaiti nəşr edilmişdir.
Hazırda kafedrada elmlər doktoru proqramı üzrə 1 nəfər doktorant, 12 nəfər magistrant elmi fəaliiyətlə məşğul olur.