Kimyanın tədrisi metodikası kafedrası 1987-ci ildə yaradılmışdır. 2019-cu ilə qədər kafedraya k.e.n., dos. Ə.T.Əzizov, 2019-2022-ci illərdə isə k.e.d., dos. Y.İ.Cəfərov rəhbərlik etmişdir. 2023-cü ildən kafedraya k.e.d., prof. Xəlil Camal oğlu Nağıyev rəhbərlik edir. Hal-hazırda kafedranın 11 əməkdaşı var. Hazırda kafedrada k.e.n., dosent K.N.Haqverdiyev, k.e.n., dosent R.T.Aydinbəyova, k.ü.f.d. L.E.Nəsibova, k.ü.f.d. M.G.Mirbağırova, k.ü.f.d. A.R.Əsgərova, k.ü.f.d. G.Ş.Dürüskari, müəllimlər A.Ə.Paşayeva, N.Ş.Məlikyeqanova, böyük laborantlar E.R.Rəsulova və A.A.Ələkbərli fəaliyyət göstərir.
Kafedrada müxtəlif vaxtlarda dosentlər T.N.Şərifova, İ.H.İbadov, R.Ə.Azadəliyev, Ə.V.Məhərrəmov, L.M.Məmmədova, baş müəllim Ş.A.Qasımova, müəllim N.V.Məmmədov çalışmışlar.
Kafedrada müntəzəm olaraq kimyanın tədrisi metodikası üzrə seminarlar keçirilir. Kimyanın tədrisi metodikasından bakalavriat və magistratura səviyyələri üzrə buraxılış və dissertasiya işləri müdafiə edilir. Kafedra əməkdaşları tərəfindən bütün tədris olunan fənlər üçün proqramlar hazırlanmış və mühazirə materialları tərtib olunmuşdur. Kafedrada son illərdə əməkdaşlar tərəfindən «Kimyanın tədrisi metodikası» iki cildli dərslik, «Kimya tədrisinin üsul və priyomları», «Kimyanın tədrisi metodikasından praktikum», «Kimyanın tədrisi metodikasından praktiki işlər» dərs vəsaitləri və s. nəşr edilmişdir. Kafedrada son 10 ildə 2 dərslik və 8 dərs vəsaitləri, 200-dən çox məqalə dərc edilmişdir. Kafedra əməkdaşları 10-dan artıq beynəlxalq simpoziumlarda və konfranslarda iştirak etmişlər.
Kimyanın tədrisi metodikası kafedrasında ”İnnovasiya və fəal-interaktiv müasir təlim texnologiyalarının kimyanın tədrisinə tətbiqi” mövzusunda elmi-tədqiqat işləri aparılır. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində kafedranın professor-müəllim heyəti, laborantları və magistrantları iştirak edir.
Kafedranın əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Təhsil İnstitutu, həmçinin Türkiyə, Rusiya və digər xarici ölkələrin ali məktəbləri ilə elmi və elmi-metodiki əlaqələrini davam etdirirlər.