Üzvi kimya kafedrasının tarixi

Üzvi kimya kafedrası 1935-ci ildə Ümumi kimya kafedrasının bazasında yaradılmışdır. İlk kafedra müdiri, keçmiş SSRİ Elmlər Akademiyasının müxbir üzvü Karl Adamoviç Krasuski olmuşdur (1935-1937). Sonralar kafedraya prof. Viktor Fyodoroviç Qurr (1937-1938), dos. Mədət Əli oğlu İsgəndərov (1938-1941), dos. Ələsgər Yunis oğlu Hacızadə (1941-1942), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Əliməmməd oğlu Məmmədov (1942-1951), akad. Əli Musa oğlu Quliyev (1951-1960), prof. İslam Qafar oğlu Əlizadə (1960-1965), əməkdar elm xadimi, prof. Şamil Teymur oğlu Əhmədov (1965-1992), prof. Məmməd İsmayıl oğlu Mustafayev (1992-1994), prof. Məhərrəm Nə­cəf oğ­lu Məhərrəmov (1994­-­2002) rəhbərlik etmişlər. 2002-ci il­dən kafedraya akademik Abel Məmmədəli oğ­lu Məhərrəmov rəh­bərlik edir.

Hal-Hazır­da kafedrada 18 mü­əl­lim, o cüm­lə­dən 1 aka­demik, 7 kimya elmləri doktoru-pro­fessor, 8 kimya elm­ləri namizədi-do­sent, 2 kimya elm­lə­ri na­mizədi-mü­əl­lim çalışır. Kafed­ranın ilk buraxılışı 1939-cu ildə olmuşdur. Akad. Əli Musa oğlu Quliyev, akad. Soltan Cəfər oğlu Mehdiyev, Azərbaycan EA-nın müxbir üzvü Bilal Ataş oğlu Dadaşov və bir sıra görkəmli alimlər kafedranın ilk məzunlarından olmuşlar.

Kafedra nəzdində əvvəllər «Monomerlər kimyası», daha sonra «Süni antigen və vaksinlər kimyası», 2000-ci ildən  «Zərif-üzvi sintez» elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Zərif üzvi sintezdə və kristal mühəndisliyində qeyri kovalent əlaqələrin rolu, aromatik aldehid və malononitril törəmələri əsasında yeni karbo və heterotsiklik birləşmələrin sintezi, malononitril törəmələri əsasında yeni çoxkomponentli reaksiyalar, tiazol və pirimidinlərin bəzi yeni törəmələrinin sintezi, üzvi xiral katalizator iştirakinda asimmetrik Biginelli reaksiyası əsasında optiki aktiv reaksiya məhsullarının sintezi və sintez olunan enantiomerlərin optiki çıxımının və mütləq konfiqurasiyasının təyini, katalitik olefinləşmə reaksiyalarından funksional əvəzli alkenlərin sintezi, trizopentadien liqandları əsasında komplekslərin sintezi və TAP komplekslərinin antimikrob xassələrinin öyrənilməsi həyata keçirilir.

Kafedrada tərkibində kükürd, azot və oksigen atomları olan müxtəlif ölçülü heterotsiklik birləşmələrin, onların funksionaləvəzli törəmələrinin alınması və tətbiq sahələrinin öyrənilməsi istiqamətində geniş elmi-tədqiqat işləri aparılır. Əldə edilən nəticələr əsasında sintez edilən bir­ləş­mələrin quruluşu ilə onların tətbiq sahələri arasındakı asılılıq öyrənilmişdir.

Kafedrada eləcədə karbonilli birləşmələrin və onların fosforlu analoqlarının mütəhərrik C-H rabitəsinin C=O qrupunun iştirakında müxtəlif istiqamətdə kondensləşmə reaksiyaları tədqiq edilir. Aparılan işlərin nəticəsində bir sıra yeni tip oksigenli, azotlu və fosforlu tsiklik və heterotsiklik birləşmələr sintez edilmişdir.

Elmi işlərin bir hissəsi neft turşularının çevrilmələri əsasında aparılır. Bu məqsdlə neft turşularının müxtəlif xlorlu törəmələrin alınması üçün şərait müəyyənləşdirilmişdir. Alınan xlorlu törəmələrin müxtəlif reagentlərlə reaksiyaları əsasında tərkibində kükürd və azot atomları saxlayan praktiki əhəmiyyətli yeni üzvi birləşmələrin sintez yolları tədqiq edilir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət