MƏHƏRRƏMOV ABEL MƏMMƏDƏLİ OĞLU

MƏHƏRRƏMOV ABEL MƏMMƏDƏLİ OĞLU

MƏHƏRRƏMOV ABEL MƏMMƏDƏLİ OĞLU

(1950) BDU-nun Üzvi kimya kafedrasının müdiridir

1971-ci ildə ADU-nun (İndiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 1973-cü ildə «Üzvi kimya» ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olunmuşdur. 1976-cı ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiya işini müdafiə etmiş və 1991-ci ildən Üzvi kimya kafedrasının professorudur. 1999-2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində işləmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Onun elmi tədqiqat işlərinin əsas istiqamətini Zərif-üzvi sintez, neft kimyası, polimer kimyası və kristallokimya sahəsindəki tədqiqatlar təşkil edir. Zərif-üzvi sintez sahəsində A.M.Məhərrəmov tərəfindən «Dopinq effekti» kimi tanınan reaksiya şəraitində AdE reaksiyalarının yeni sintetik istiqamətləri, yod üzvi birləşmələrin kimyası, katalitik olefinləşmə reaksiyası əsasında halogenəvəzli olefinlərin, çoxkomponentli kondensləşmə reaksiyaları əsasında müxtəlif quruluşlu heterotsiklik və bitsiklik birləşmələrin, xlorhidrinlər əsasında aminospirtlərin səmərəli sintez üsullarının əsasları işlənmişdir. Apardığı elmi tədqiqat işlərinin nəticəsi 1200-dən çox elmi əsərdə, o cümlədən 53 patent, 17 monoqrafiyada öz əksini tapmışdır. 54 dərslik və dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə 50-yə yaxın kimya elmləri doktoru və kimya elmləri üzrə fəlsəfə doktoru hazırlanmışdır. BDU-nun «Üzvi kimya» kafedrasının müdiridir. 2005-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin III, IV çağırışının millət vəkili seçilmişdir. 2000-ci ildən «Əməkdar elm xadimi» fəxri adına, 2009-cu ildən isə «Şöhrət» ordeninə layiq görülmüşdür.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət