1956-cı ildə məktəbi gümüş medаlla bitirərək ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur. 1972-ci ildə AMEA-nın aspirantura şöbəsinin radiasion tədqiqatlar sektorunda təhsil alıb. 1979-cu ildə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda «Seolit və tərkibində seolit olan katalizatorların qamma şüalanması təsirinin tədqiqi» mövzusunda namizədlik, 1995-ci ildə isə «Oksid və metal-oksid sistemlərinin səthində maddələrin radiasiya-katalitiz parçalanma proseslərində enerji ötürülməsinin qanunauyğunluqları» mövzusunda kimya elmləri doktoru dissertasiya işini müdafiə edib. Adil Qəribov 400-ə qədər elmi əsərin, o cümlədən 35 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. 1990-1995-ci illərdə «Müxtəlifnövlü sistemlərin radiasion kimyası» qrupunun rəhbəri olub. 1998-ci ildə professor adını alıb. 1995-2001-ci illərdə «Müxtəlifnövlü sistemlərin radiasion kimyası» laboratoriyasının, Azərbaycan EA Radiasion Tədqiqatlar sektorunun rəhbəri olub. 2002-ci ildə Azərbaycan EA Radiasiya problemləri İnstitutunun direktoru seçilib. O, 2007-ci ildə AMEA-nın Radiasion Kimya ixtisası üzrə müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Akademik Adil Qəribov tərəfindən Nüvə enerjisinin enerjitutumlu neft-kimya proseslərində tətbiqi imkanlarını aşkarlamaq məqsədi ilə neft fraksiyalarının katalitik krekinq katalizatorlarının aktivliklərinin və benzin alınması üzrə selektivliyini artırmağa imkan verən radiasion-heterogen proseslər işlənilib, real katalizatorların timsalında individual karbohidrogenlər və neft fraksiyasının katalitik krekinq proseslərində təsdiq olunub. Oksid sistemlərində tərkib, qadağan olunmuş zona eni, struktur nizamlılığı, səthi səviyyələr, bioqrafik defektlər,şüalanma intensivliyi və temperaturun ionlaşdırıcı şüaların təsiri altında defektəmələgəlmə proseslərinə təsiri qanunauyğunluqları aşkar olunub. Onun rəhbərliyi ilə 20 elmlər namizədi hazırlanmışdır. AMEA-nın Milli Nüvə Tədqiqatları mərkəzinin direktorudur.
QƏRİBOV ADİL ABDULXALİQ OĞLU

QƏRİBOV ADİL ABDULXALİQ OĞLU
(1950) AMEA-nın baş elmi katibi, AMEA-nın Milli Nüvə Tədqiqatları mərkəzinin direktorudur