ƏZİZOV AKİF HƏMİD OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

(1943-2016) AMEA-nın Polimer Materialları İnstitutunun direktoru olub

1960-cı ildə ADU-nun (İndiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olub, 1964-1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə başlayıb və orada aspiranturaya daxil olub. Elə həmin il Moskva şəhərinə SSRİ EA Neft-Kimya Sintez İnstitutunun məqsədli aspiranturasına göndərilir. 1971-ci ildə «Nikelin p-allil komplekslərinin və halogen xinonlarının iştirakı ilə butadienin stereospesifik polimerləşməsi» mövzusunda namizədlik, 1991-ci ildə «Liqantların və zəif metal-liqant əlaqələrinin oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində rolu» mövzusunda «Kimyəvi kinetika və kataliz» və «Neft-kimyası» ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə «Kimyəvi kinetika və kataliz» ixtisası üzrə professor adına layiq görülmüşdür. A.H.Əzizovun apardığı elmi-tədqiqat işləri əsasən neft-kimya sintezi proseslərinin metalkompleks katalizatorlar və metal-üzvi birləşmələrin iştirakı ilə katalizinə aiddir. O, oliqomerləşmə və polimerləşmə proseslərində metallinium-ion mexanizmləri adlanan yeni konsepsiya irəli sürmüş və onu təcrübi yolla əsaslandırmışdır. İlk dəfə olaraq zəif metal-liqand əlaqələrinin oliqomerləşmə və polimerləşmə məhsullarının molekul kütləsinə və quruluşuna təsirini, alınan məhsulların fəza quruluşlarının və molekul kütlələrinin əlaqəli dəyişmə qanunauyğunluqlarını öyrənmişdir. Prof. A.H.Əzizovun apardığı tədqiqatların nəticələri 200-ə yaxın elmi əsərdə, o cümlədən 1 monoqrafiyada, 30 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 7 elmlər namizədi hazırlanmışdır. 1984-cü ildə baş elmi işçi, 1992-ci ildə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. 2014-cü ildən AMEA-nın Sumqayıt Polimer Materialları İnstitutunun direktoru olmuşdur. 2010-cu ildə isə «Əməkdar elm xadimi» adı almışdır. Akademik Akif Əzizov 20 noyabr 2016-cı ildə vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət