MƏMMƏDOV BƏXTİYAR ƏJDƏR OĞLU

MƏMMƏDOV BƏXTİYAR ƏJDƏR OĞLU

MƏMMƏDOV BƏXTİYAR ƏJDƏR OĞLU

(1951) AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır

1967-1972-ci illərdə ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində təhsil almışdır. 1980-ci ildə namizədlik, 1994-cü ildə isə doktorluq dissertasiya işini müdafiə etmişdir. 2010-cu ildə ona professor elmi adı verilmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, reaksiyaya qabil, polifunksional, qoşulmuş əlaqələr sistemli oliqomer və birgəoliqomerlərin effektli sintez üsullarının işlənib hazırlanması istiqamətində məqsədyönlü elmi tədqiqatlar aparır. B.Ə.Məmmədov 240 elmi əsərin və 12 ixtiranın müəllifidir. B.Ə.Məmmədovun rəhbərliyi ilə 9 namizədlik dissertasiya işi müdafiə edilmişdir. O, Polimer materialları İnstitutunun Elmi Şurasının və AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu nəzdində fəaliyyət göstərən D01.021 Dissertasiya Şurasının üzvüdür. AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət