1931-1934-cü illərdə İqtisadiyyat İnstitutunun fəhlə fakültəsində təhsil almışdır, 1939-cu ildə ADU-nu (İndiki Bakı Dövlət Universiteti) əla qiymətlərlə bitirərək, BDU-nun aspiranturasına qəbul olmuşdur. 1944-cü ildə namizədlik, 1957-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Prof. B.A.Dadaşov 1980-cı ildə «Kimyəvi fizika» ixtisası üzrə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. Onun əsas elmi tədqiqatları karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsinə həsr edilmişdir. O, hələ 1945-1950-ci illərdə müəllimi akademik Yusif Məmmədəliyev ilə birlikdə benzinin oktan ədədini yüksəltmək üçün riforminq prosesində səmərəli katalizatorlarının sintezi və tətbiqi sahəsində tədqiqatlar aparmışdır. Onun sintez etdiyi polifunksional «KRA-3» və «KRA-4» katalizatorları riforminq prosesində işlədilən Fransa katalizatorunu əvəz etmək üçün təklif edilmişdir. O, neft məhsullarından raket mühərrikləri üçün ilk dəfə 2 növ səmərəli yanacaq (Naftil-1B və Distil) və aşağı molekullu doymuş karbohidrogenləri hidrogensizləşdirmək üçün yeni katalizator (6A-24S) təklif etmiş və parafin sırası karbohidrogenləri izomerləşdirmək üçün 3 yeni tip katalizator almışdır. Onun C1-C4 parafin karbohidrogenlərinin aromatik karbohidrogenlərə çevrilmə proseslərini polimetaloksid və polimetalseolit katalizatorlarının sintezinin yaradılması, onların istehsala tətbiqi sahəsindəki işləri xüsusi əhəmiyyət kəsb edir. Çünki qaz halında olan parafin karbohidro- genlərinin katalitik çevrilməsindən alınan məhsullar neftdən alınan yanacaqların alternativi hesab olunur. Onun kinetika və kataliz sahəsində apardığı elmi tədqiqat işləri 224 elmi əsərdə, o cümlədən 17 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Prof. B.A.Dadaşovun rəhbərliyi ilə 4 elmlər doktoru və 21 elmlər namizədi yetişmişdir. Elmin inkişafında və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə Azərbaycan SSR «Əməkdar elm xadimi» adına layiq görülmüşdür. Müharibə iştirakçısı kimi «Qafqazın müdafiəsinə görə» və digər medallarla təltif olunmuşdur. B.A.Dadaşov 2007-ci fevralın 13-də vəfat etmişdir.
DADAŞOV BİLAL ATAŞ OĞLU
DADAŞOV BİLAL ATAŞ OĞLU
(1915-2007) AMEA-nın Y.Məmmədəliyev adına NKPİ-də laboratoriya müdiri vəzifəsində çalışıb