MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

(1938) AMEA-nin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır

AMEA-nın müxbir üzvü, professor Əjdər Əkbər oğlu Məcidov (1938) ADU-nun kimya fakültəsini bitirmişdir. 1966-cı ildə SSRİ EA KFİ-də «Stabil radikalların və ion-radikalların iştirakı ilə oksidləşmə-reduksiya reaksiyaları» mövzusunda namizədlik, 1984-cü ildə isə Qeyri-üzvü kimya kafedrasında «Paramaqnit liqantlarla metal kompleksləri» mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir. 1985-ci ildə professor adına layiq görülmüşdür. İlk dəfə olaraq tərkibində stabil nitroksil radikalı saxlayan paramaqnit liqandlı (Şiff əsaslı, karboksilatlı, ksantokenatlı və s.) metalların kristallik kompleks birləşmələri sintez edilmişdir. Prof. Ə.Ə.Məcidov 226-ya qədər elmi əsərlərin müəllifidir. Onun rəhbərliyi ilə 15 elmlər namizədi yetişdirilib. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət