NURİYEV ƏLİ NƏCƏFQULU OĞLU

NURİYEV ƏLİ NƏCƏFQULU OĞLU

NURİYEV ƏLİ NƏCƏFQULU OĞLU

(1928-2020) AMEA-nın Kataliz və Qeyri-üzvi kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb

1948-ci ildə ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, III kursdan Qorki Dövlət Universitetinin kimya fakültəsinə göndərilmişdir. 1953-cü ildə oranı analitik kimya ixtisası üzrə müvəffəqiyyətlə bitirən Ə.Nuriyev 1954-cü ildə Azərbaycan SSR EA Kimya İnstitutunda işə qəbul olunmuşdur. 1963-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiya işini müdafiə etmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, ilk dəfə olaraq Azərbaycanın bütün neft mədənlərində neft-lay suları-süxur sistemində nadir və radioaktiv elementlərin paylanmasını öyrənərkən onların miqrasiya, səpələnmə və toplanmasının qanunauyğunluqlarını müəyyən etmişdir.Ə.Nuriyevin rəhbərliyi ilə Darıdağ (Naxçıvan MR) termal mineral suyundan xalq təsərrüfatında geniş istifadə olunan karbon qazının alınması texnologiyası işlənib hazırlanmış və Naxçıvan mineral sularının qazlaşdırılmasında istifadə edilmişdir. Bu tədqiqata görə, Ə.Nuriyev "Dövlət mükafatı laureatı" adına layiq görülmüşdür. Son illər Ə.Nuriyevin əməkdaşları ilə birlikdə apardığı elmi-tədqiqat işləri bentonit və kaolinitin müxtəlif modifikasiya olunmuş formalarının alınmasına, onların fiziki-kimyəvi xassələrinin öyrənilməsinə, kationaktiv metilen abısı, fuksin, rodamin və tionin boyalarının göstərilən sorbentlərdə sulu məhlullardan adsorbsiyasının tədqiqinə həsr olunmuşdur. Alimin apardığı tədqiqatların nəticələri 3 monoqrafiya, 306 elmi əsər, o cümlədən 16 müəlliflik şəhadətnaməsi və 3 patentdə əksini tapmışdır. Onun rəhbərliyi ilə 14 fəlsəfə doktoru, 3 elmlər doktoru hazırlanmışdır. AMEA-nın müxbir üzvü Əli Nuriyev 2020-ci il aprelin 14-də  vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət