BABANLI MƏHƏMMƏD BABA OĞLU

BABANLI MƏHƏMMƏD BABA OĞLU

BABANLI MƏHƏMMƏD BABA OĞLU

(1952) AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavinidir

Məhəmməd Baba oğlu Babanlı (1952) Saatlı rayonunda anadan olmuşdur. 1968-ci ildə ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1973-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1974-1976-cı illərdə fiziki və kolloid kimya kafedrasının aspirantı olmuş, 1977-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş və 1990-cı ildə professor elmi adı almışdır. M.B.Babanlı funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termodinamikası və materialşünaslığı sahəsində geniş və sistemli tədqiqatlar aparan, yeni elmi istiqamət və elmi məktəb yaratmış mütəxəssisdir. Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli kondensə olunmuş sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqinin yeni rasional variantının metodoloji əsaslarını yaratmış, 30 ildən artıq bir dövr ərzində bu kompleks yaxınlaşmanı təkmilləşdirməyə və geniş şəkildə reallaşdırmağa müvəffəq olmuş, tallium, mis və gümüş əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yarımkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafik parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir. M.B.Babanlı 700 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 11 dərslik və dərs vəsaitinin, 5 patentin müəllifidir. 30 elmlər namizədi yetişdirmiş, 1 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavinidir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət