MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

(1924-2022) AMEA-nın Y.H.Məmmədəliyev adına NKPİ-də laboratoriya müdiri vəzifəsində çalışıb

1941-ci ildə Naxçıvan Pedaqoji Texnikumu bitirmişdir. 1942-1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak etmişdir, 12 medal və ordenlə mükafatlanmışdır. 1949-cu ildə ADU-nu (İndiki Bakı Dövlət Universiteti), 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdir. 1953-1955-ci illərdə Azərbaycan SSR EA-nın Kimya İnstitutunda elmi katib, 1955-1959-cu illərdə SSRİ EA-nın N.D.Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959-1969-cu illərdə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1973-1979-cu illərdə isə Azərbaycan SSR EA Naxçıvan Regional Elmi Mərkəzinin rəhbəri olmuşdur. 1980-ci ildə Naxçıvan termal mənbələrinin karbon qazının sənayedə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan Respublikasının "Dövlət Mükafatı"na layiq görülmüşdür. O, yeni növ sintetik sürtgü yağlarının alınması sahəsində geniş miqyaslı tədqiqat işlərinin nəticəsi olaraq hərbi tələbata cavab verən müasir sürtgü yağlarının alınmasını işləyib hazırlamışdır. 1969-cu ildən Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyib. Akad. M.Ə.Məmmədyarovun elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, respublika və xaricdə çap olunmuş 220-dən artıq elmi məqalə və 40 ixtirada öz əksini tapmışdır. Onun rəhbərliyi altında 1 elmlər doktoru, 13 elmlər namizədi hazırlanmışdır. Onun xidmətləri 12 hökumət təltifi ilə qiymətləndirilmişdir. 2005-ci ildə "Y.H.Məmmədəliyev adına medal"la təltif olunmuş, elə həmin ildə Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə mükafatlandırılmışdır. 2006-ci ildə elm və texnika sahəsində əldə etdiyi nailiyyətlərə görə İslam Ölkələri İqtisadi İnkişaf təşkilatının «OGS» qızıl medalına layiq görülmüş və diplomla təltif edilmişdir. 2009-ci ildə o, «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.  13 oktyabr 2014-cü ildə «Şərəf ordeni» ilə təltif edilmişdir. Akademik Məhərrəm Əli oğlu Məmmədyarov 2 yanvar 2022 vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət