ƏHMƏDOV MÜBARİZ MƏCİD OĞLU

ƏHMƏDOV MÜBARİZ MƏCİD OĞLU

ƏHMƏDOV MÜBARİZ MƏCİD OĞLU

(1945-2018) AMEA-nın Kataliz və Qeyri-üzvi kimya İnstitutunun direktor müavini vəzifəsində çalışıb

1945-ci il noyabrın 4-də Qazax rayonunun II Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1970-ci ildə Qeyri-üzvi kimya ixtisası üzrə ADU-nu (indiki Bakı Dövlət Universiteti) bitirərək, Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (QÜFKİ) Qeyri-üzvi maddələrin texnologiyası ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə «Reduksiyaedici qazın tərkibinin kükürd anhidridlərdən elementar kükürd alınması prosesinə təsiri» mövzusunda namizədlik, 1990-cı ildə isə «Yüksək qatılıqlı kükürd qazından elementar kükürd alınmasının fiziki kimyəvi əsasları və emalı texnologiyası» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə professor adına layiq görülmüşdür. Prof. M.M.Əhmədov əsas istiqamətləri elmi əsaslarının və filiz və qeyri-filiz faydalı qazıntılarının və sənaye tullantılarının kompleks emalının texnologiyasının yaradıcısı olmuşdur. M.M.Əhmədov 300 çox elmi məqalənin, 16 müəllif şəhadətnaməsinin və patentlərinin müəllifidir. Onun rəhbərliyi altında 10 elmlər namizədi hazırlanmışdır. 2001-ci ildə AMEA-nin müxbir üzvü seçilmişdir. AMEA-nın müxbir üzvü Mübariz Əhmədovun elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək 2005-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Mübariz Məcid oğlu Əhmədov 2018-ci il noyabrın 25-də vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət