RÜSTƏMOV PAŞA HƏBİB OĞLU

RÜSTƏMOV PAŞA HƏBİB OĞLU

RÜSTƏMOV PAŞA HƏBİB OĞLU

(1920-1997) BDU-nun Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışıb

1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakül­tə­sini bitirmişdir. 1957-ci ildə kimya üzrə fəlsəfə dok­to­ru, 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə isə professor el­mi adını almış, 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçil­mişdir. 1959-1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnsti­tu­­tun­da laboratoriya müdiri, 1983-cü ildən ömrünün axırına kimi Azər­baycan Dövlət Universi­tetin­də  kafedra müdiri olmuşdur. P.Rüstəmov respublikada fiziki-kimyəvi analizin və yarım­keçiricilər kimya­sının əsasını qoyan­­lardan biri olmuşdur. O, ikili, üçlü və daha mürək­kəb sistem­lərin hal dia­qramını öyrənmiş, yarımkeçirici mate­rialların sintezi və tədqiqində diqqətəlayiq nəticələr əldə etmişdir. Onun rəhbərliyi və bila­vasitə iştirakı ilə yüksək temperaturda da­vamsız kükürdlü birləşmələrin sintez şə­raiti təkmilləş­dirilmiş və material­şünas­lıqda istifadə üçün tövsiyə edilmişdir. P.Rüstəmovun elmi məqalə və ixtiralarında xalkogenid birləşmə və bərk məh­lullar əsasında onun ya­ratdığı yüksək effektli fotoçeviricilər, ter­mo­elektrik materiallar və radiasiya fazasını təyin etmək üçün qamma-detek­tor­larının ha­zırlanma texno­lo­giyaları öz əksini tapmışdır. P.Rüstəmov 600-dən çox elmi əsərin, o cümlədən 51 mü­əl­liflik şəhadət­na­məsi və 14 monoqrafiyanın müəllifidir. P.Rüstəmovun rəhbərliyi ilə 10 elmlər dokto­ru, 50 fəlsəfə doktoru ha­zır­lanmışdır. O, I dərəcəli “Vətən müharibəsi” ordeninə, "Akademik Kurnakov" adı­na medala və Ümumittifaq Xalq Təsər­rüfatı Nailiyyətləri Sərgisinin "Bürünc Meda­lı"na layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Paşa Rüstəmov 1997-ci ildə Bakıda vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət