FƏRZƏLİYEV VAQİF MƏCİD OĞLU

FƏRZƏLİYEV VAQİF MƏCİD OĞLU

FƏRZƏLİYEV VAQİF MƏCİD OĞLU

(1939) AMEA-nın akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktorudur

1963-cü ildə ADU-nu (indiki Bakı Dövlət Universiteti)  fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub, 1968-ci ildə «Sürtgü yağlarına polimer aşqarların sintezi və tədqiqi» mövzusunda namizədlik, 1986-cı ildə isə «Sürtgü yağlarına kükürdsaxlayan aşqarlar» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə «Neft kimyası» ixtisası üzrə professor adına layiq görülmüşdür. Həmin ildən AMEA-nın akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktorudur. V.Fərzəliyevin elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.M.Quliyevin rəhbərlik etdiyi "Sürtkü yağları və aşqarlar" laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş, keçmiş SSRİ-də yeganə olmuş, hazırda da dünyada ixtisaslaşmış çox azsayda elm mərkəzlərindən olan AMEA-nın Aşqarlar Kimyası İnstitutu ilə bağlıdır. Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. O, yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental tədqiqatlar aparır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış bir sıra aşqarlar və sürtkü yağları, o cümlədən xüsusi təyinatlı yağlar sənayedə tətbiq edilmişdir. Vaqif Fərzəliyev 872 elmi əsərin, o cümlədən 152 müəlliflik şəhadətnaməsi və patent, üç monoqrafiyanın, bir kitabın müəllifidir. O, 3 elmlər doktoru və 15 elmlər namizədi yetişdirmişdir. Onun əsərlərinin təxminən 300-ə yaxını xaricdə çap olunmuşdur. Vaqif Fərzəliyev 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə AMEA-nın həqiqi üzvü və AMEA RH-ın akademik katibi seçilib (2007-2014). 2005-ci ildə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilib. 2009-cu ildə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə ona Azərbaycan Respublikasının «Əməkdar elm xadimi» fəxri adı verilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət